manera.az
manera.az

“Cazda yalnız qızlardır” - Bütün zamanların filmi

📅 24.08.2017 09:50

“Cazda yalnız qızlardır” - Bütün zamanların filmi
Dünya kinosunun 100 ən yaxşı komediyasını müəyyənləşdirmək üçün “BBC Culture” tərəfindən sorğu keçirilib.

MANERA.AZ www.bbc.com saytına istinadla xəbər verir ki, sorğuda 52 ölkədən 253 kinotənqidçi iştirak edib.

Sorğunun nəticələrinə görə, amerikalı rejissor Billi Uaylderin “Cazda yalnız qızlardır” filmi bütün zamanların ən yaxşı komediyası seçilib. İkinci yeri Stenli Kubrikin “Doktor Streynclav”, üçüncü yeri isə Vudi Allenin “Enni Holl” filmi tutub. İlk beşliyə, həmçinin Harold Ramisin “Marmot günü” və Leo Makkerinin “Ördək şorbası” filmi daxildir.

Xatırladaq ki, avqustun 22-də “Forbes” jurnalı bu il ən çox qazanan aktyorların siyahısını dərc edib. Siyahıya 68 milyon dollar qazanan Mark Uolberqin adı birinci yerdə olub.



Baxış sayı - 1 617 | Yüklənmə tarixi: 24.08.2017 09:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031