manera.az
manera.az

ADGTT-nın rəhbəri beynəlxalq tədbirə yola düşür

📅 09.06.2017 20:25

ADGTT-nın rəhbəri beynəlxalq tədbirə yola düşür


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Rusiya Dövlət Akademik Gənclər Teatrının təşkilatçılığı ilə 1-4 dekabr tarixlərində RF-in paytaxtı Moskva şəhərində Rusiya Federasiyasının, MDB və Baltikyanı ölkələrin Gənc Tamaşaçılar və Gənclər Teatrları rəhbərlərinin iştirakı ilə beynəlxalq yaradıcılıq seminarında iştirak etmək üçün Rusiya Federasiyasına səfər edəcək.

“Beynəlxalq yaradıcılıq seminarı çərçivəsində RF-in, MDB və Baltikyanı ölkə teatrları rəhbərləri öz həmkarları ilə qabaqcıl iş təcrübələrini bölüşəcək, bu gün dünyada fəaliyyət göstərən Gənc Tamaşaçılar Teatrları qarşısında duran məqsəd və vəzifələr və s. məsələlərlə bağlı ustad dərsləri, eləcə də bir sıra treninqlər keçiriləcək” – deyə M.Həmidov bildirib.

Eyni zamanda Beynəlxalq yaradıcılıq seminarı çərçivəsində ADGTT-nın rəhbərinin tədbirdə iştirak edəcək bir sıra ASSİTEJ Milli Mərkəzlərinin rəhbərləri ilə görüşləri və ikitərəfli qastrol səfərlərinə dair müqavilələrin imzalanması da nəzərdə tutulub.

Beynəlxalq tədbirdə Mübariz Həmidovun “Azərbaycan teatrı müstəqillik illərində” mövzusunda çıxışı da planlaşdırılır.

Turan Etibaroğlu


Baxış sayı - 1 378 | Yüklənmə tarixi: 09.06.2017 20:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031