manera.az
manera.az

"Çünki o bilirdi ki, hamıdan fərqlidir, ətrafındakı boz çəmənlikdən fərqlənir"- MÜSAHİBƏ/ MANERA.AZ

"Çünki o bilirdi ki, hamıdan fərqlidir, ətrafındakı boz çəmənlikdən fərqlənir"- MÜSAHİBƏ/ MANERA.AZ


"İnkişaf Zamanı" proqramı və "MitOst"un dəstəyi ilə "Arzular haqqında hekayələr" layihəsi çərçivəsində Park Bulvar ticarət və əyləncə mərkəzində gənc rəssamların əsərlərinin sərgisi keçirildi. Sərgidə gənc rəssamların layihə iştirakçılarının hekayələri əsasında yaratdığı “Street art” nümunələri sərgiləndi.
Qeyd edək ki, layihənin keçirilməsində başlıca məqsəd istedadlı yeniyetmələrin müstəqil ixtisas seçimini təbliğ edərək gələcəkdə ixtisaslı kadrların yetişdirilməsi istiqamətində maarifləndirici işlər görmək və cəmiyyətimizin formalaşmasında incəsənətin rolunun vacibliyi mesajını insanlara ötürməkdən ibarətdir. Həmin gənc rəssamlardan biri də Ülkər Əliyevadır. Onunla olan müsahibəni təqdim edirik.


- Street art üçün çəkəcəyiniz rəsmlərin hekayəsini özünüz seçirdiniz yoxsa hər rəssama bir hekayə vermişdilər. Necə oldu hekayə seçimin?

-20-dən çox hekayə göndərmişdilər, oradan istədiyimizi seçməli idik. Mənə orda bir hekayə daha maraqlı gəldi, məni özünə çəkdi. Onu seçdim. Hekayəni oxuyanda keçirdiyim hisslər, yaratdığı ilk təəsürat bu şəklin yaranmasına səbəb oldu.

- Modilyani rəssamları Tanrıya bənzədir. Ancaq deyir ki, çəkdiklərinə can verə bilmir insan. Siz nə düşünürsünüz?

- Əgər rəsm əsəri insanın daxilində hansısa hisslərin, beynində hansısa düşüncənin yaranmasına səbəb olursa, deməli həmin rəssam Tanrı olmasa belə hisslərin, düşüncələrin yaradıcısı olmağı bacarıb.

- Hansı üslubda çəkirsiniz. Necə oldu bu üslubu seçdiniz?

- Mandala, pop art, abstrak çəkirəm daha çox. Özümü bu janrlarda daha yaxşı ifadə edə bilirəm. Əslində mandala və pop art tam fərqli janrlardı. Biri ağ-qara, digəri isə çox rənglidir. İlk dəfə bu rəsmdə onları birlikdə istifadə etmişdim. Mandala kimi ağ qara cəmiyyətdə özünü pop art kimi rəngli hiss edən qızı təsvir etmişdim. Onun gözlərində isə cəmiyyəti. Çünki o bilirdi ki, hamıdan fərqlidir, ətrafındakı boz çəmənlikdən fərqlənir.

- Hansı rəssamları sevirsən?

- Rəssamlardan Shag kimi tanınan pop artın yaradıcısı Josh Agle, Frida Kahlo, Andy Warhol, Francis Baconu ve s. çox bəyənirəm. Shag bəzi əsərlərini tanınmış rəssamların əsərlərinə işarə məqsədiylə, bəzilərini özü gördüyü kimi çəkib.

- Gələcək üçün planların?

- Gələcək üçün planlarımda ən əsas yerdə bu sahədə özümü inkişaf elətdirmək dayanır. İxtasasım tərcüməçidir, bacardığım qədər rəsm sahəsində də irəli getməyə çalışacam.

- Bədii ədəbiyyatı çox sevdiyini bilirəm. Kimləri oxuyursan?

- Bədii kitab oxumağı çox sevirəm. Psixoloji, maarifləndirici, tarixi, bioqrafik kitablar ən sevdiklərimdir. Klassik ədəbiyyatı da çox sevirəm. Fyodor Dostoyevski, Albert Kamu, Teodor Drayzer, Etel Lilian Voyniç və s..
Son vaxtlarda Hakan Gündayın "Kınyas və Kayra", Herman Hesse " Yalquzaq", Paul Coelho "Zahir", Jan Pol Sartr " Sözlər ", Fyodor Dostoyevski "Ölü Evdən Qeydlər" oxumuşam. Yerli ədəbiyyatla yaxından tanış deyiləm. Varisin bir neçə kitabını, Rövşən Abdullaoğlunun " Bu şəhərdə kimsə yoxdur" əsərini oxumuşdum.

Dəniz Pənahova,
MANERA.AZ



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031