manera.az
manera.az

BDU-da Novruz şənliyi keçirilib

 BDU-da Novruz şənliyi keçirilib

Bakı Dövlət Universitetində Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.

Universitetin mətbuat xidmətindən Manera.az-a verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov bayram münasibəti ilə universitetin müəllim-tələbə heyətini təbrik edib, xalqımızın milli dəyərlərə önəm verməsi baxımından Novruzun keçirilməsinin əhəmiyyətini qeyd edib. Ulu öndər Heydər Əliyevin bayramın dövlət səviyyəsində qeyd olunması məqsədi ilə atdığı mütərəqqi addımları xatırladan rektor prezident İlham Əliyevin hər il dövlət səviyyəsində qeyd olunan Novruz şənliklərində iştirak etməsini, xalqımıza təbrik ünvanlamasını bayrama olan dövlət qayğısı kimi xarakterizə edib.

Daha sonra Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin təqdimatında yeddi regionda - Qarabağ, Bakı, İrəvan, Naxçıvan, Gəncə, Şirvan, Lənkəranda Novruz bayramının qeyd olunmasını əks etdirən səhnəciklər, adət-ənənələr nümayiş etdirilib, dərnəyin üzvləri, Asəf Zeynallı adına musiqi kollecinin tələbələrinin təqdimatında muğam ifa edilib.

Tədbir Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” gənclər kamera orkestrinin çıxışı ilə davam edib. Bədii rəhbəri Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli, direktoru adıçəkilən Akademiyanın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə direktoru Yeganə Axundova, baş drijoru Fuad İbrahimov olan orkestrin ifasında Qara Qarayevin "Adajio və rəqs", Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı”, Astor Piatsollanın “Fuqa-misterio”, Niyazinin “Qaytağı”, Aqşin Əlizadənin “Cəngi” əsərləri səsləndirilib. Beynəlxalq müsabiqə laureatı Ümidə Abbasova Antonio Vivaldinin “İlin fəsilləri” konsertindən “Yay”, Respublika müsabiqələr laureatları Orxan Cəlilov və Nərminə Abdullayeva Niyazinin “Arzu”, “ Gəl bizə” mahnılarını ifa ediblər.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728