manera.az
manera.az

“Söz”ün layihəsi çərçivəsində Xalq yazıçısıyla görüş MANERA.AZ

📅 07.03.2017 14:37

 “Söz”ün layihəsi çərçivəsində Xalq yazıçısıyla görüş   MANERA.AZ
Azərbaycan Xalça Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin “Söz” ədəbiyyat layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarla görüş təşkil olunub.

Görüş yazıçının 2016-cı ildə Moskvada nəşr olunan kitabına həsr edilib. “Время” nəşriyyat evinin çap etdiyi “Sizsiz” adlı kitaba yazıçının valideynləri haqqında xatirələri, kinopovestləri (Paris, İvan Bunin, “Şamaxı şahzadəsi - Ünbülbanu”), dostları olan rus ədibləri haqqında xatirələri (Konstantin Simonov, Vasiliy Aksyonov, Rimma Kazakova) və “Gecə düşüncələri” silsiləsi daxildir. Bu il isə “Художественная литература” nəşriyyat evi yazıçının seçilmiş əsərlərindən ibarət ikicildlik nəşr etdirib.
 “Söz”ün layihəsi çərçivəsində Xalq yazıçısıyla görüş   MANERA.AZ
Xalq Yazıçı ilə görüş şairə Nigar Həsənzadənin dialoqu əsasında təşkil olunub. Gecədə Əməkdar artistlər Mehriban Zəki və Mələk Abaszadənin ifasında yazıçı Anarın rus şairlərindən etdiyi tərcümələr səslənib. Bundan başqa müğənni Lalə Məmmədova sözləri Anara, musiqisi Emin Sabitoğluna aid olan mahnını ifa edib.

Tədbirdə, ssenarisi Anara məxsus olan “Təhminə” filmindən kadrlar və ailə videosu nümayiş olunub.

Daha sonra qonaqlar və iştirakçılar Xalq Yazıçısını bu yaxınlarda olacaq doğum günü münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.







Baxış sayı - 1 181 | Yüklənmə tarixi: 07.03.2017 14:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031