"İndi heç kəs divarında tablo asmaq istəmir"- RƏSSAM GiLEYi - MANERA.AZ
![]()
Müsahibim rəssam Xaçmazın Qıraqlı kəndində doğulan Natavan Təhməz qızı Təhməzova 1983-cü ildən Bakıda yaşayır. Doğulduğu kənd də rəssamlar kəndi kimi tanınıb. Atası, əmisi, qardaşı rəssam olub...
Haqqında danışdığım Natavan xanım yeni köçdüyümüz məhəllədə bizə qonşudur. Onunla ilk tanışlığım bazarda olmuşdu. Ördək, qaz balalarına baxırdı, mən də göy-göyərti alırdım...
Uşaqlıqdan sosiopat biri olduğumdan gah anamla gah atamla yaşadığımdan dolayı münasibətlərdə də sabit deyildim. Qonşuların çoxunu da tanımırdım. Ayaqüstü yeni tanışlıqdan sonra bir-birimizin ortaq cəhətlərini kəşf etmişdim. Uşaqlıqdan özü ərəb dilini, rus dilini öyrənirmiş, rəngləri də çox sevirmiş. Məni evlərinə, çəkdiyi rəsmlərə baxmağa da dəvət etmişdi. Ətrafa şən gülücüklər saçan 38 yaşlı bu qadının gözlərində dərin kədəri sezmişdim.
Aradan fəsillər ötdü və mən hələ də onlara getməmişdim. Məhəllədə də az rastlaşırdıq. Ta ki 17 yaşlı oğlunun bir pedofil qurbanına çevrilib həbsə düşdüyünü eşidənə qədər. İki gün öncə aldım qələm-dəftəri əlimə, yollandım qonşumgilə. Salamlaşdıq...
-Sizdən müsahibə almaq istəyirəm, həm rəsmləriniz, həm də oğlunuzun başına gələnlərlə bağlı.
(Bu barədə müsahibə verməyəcəyini düşünüb xatırlatma etdim)
- O vaxt rəsmlərinizi göstərəcəyinizi demişdiniz, mən də sizə göstərərəm. Fikirləriniz maraqlıdır mənə.
Öncə bir qutu cücə göstərdi mənə. Daha sonra ördək, qaz balaları.
- Mən intervyu verərəm sənə amma heç yerə vermə. Qardaşım, oğlum icazə verən deyil.
-Necə yəni icazə verən deyil?
Cəmiyyətin inkişafı onun mədəniyyətindən başlayır. Əgər istəmirsizsə oğlunuzla bağlı olan olayı danışmayın. Rəsmlər barədə danışaq...
Toz basmış rəfdə duran kitablar kimi bir qutu rəsm əsərləri gətirir... Hamısı da 12-17 yaşlarında çəkdiyi rəsmlərdir.
- Niyə davam etdirməmisiniz?
- Bilirsən yaradıcı insanlar 3 cür olur; Özü üçün yaşayıb yaradanlar; Cəmiyyəti üçün yaşayıb yaradanlar; Bir də var dünya üçün yaşayıb, yaradıb iz qoyanlar. Mən atama oxşamışam.Özümüz üçün yaradanlardanıq. Atam keramika rəssamı olub. Pulun yox vaxtları idi. Toya,qonaqlığa gedəndə servizlərin içinə, üzərinə rəsmlər çəkib hədiyyə edərdi. Mən 18 yaşında ailə həyatı qurdum. Sevmədiyim biri ilə. Amma sonra sevdim. Cəmi 4 il birlikdə olduq. Qəzada itirdim. Anam istəyirdi oxuyum. Mən hələ hüquqşünas olmaq istəyirdim.
- Nə oldu bəs? Əngəl olan nə idi?
O vaxtlar məktəblər 8 illik idi kənddə. 1992-ci illər... Özü də bir avtobus, koppa-koppa günlər təsəvvür elə. Çörəyin az olan vaxtları. Atam qoymadı. Günahlandırmıram atamı heç. Zəmanəyə görə, pis vaxtlar idi...
- İnd niyə məşğul olmursuz? Rəsm qalareyalarına rəsmlərinizi verməyi düşünməmisiniz? Aradan xeyli vaxt keçib...
- Məni uşaq vaxtı atam rəsm qalareyalarına aparırdı.Hətta ordakı rəsmlərin üzərində tarixlərin qeyd olunduğunu görüb evə gələndə mən də öz rəsmlərimə il, gün qeyd edirdim.O vaxtlar qalareyalara turistlərlə yanaşı yerli əhali də gəlirdi.Maraq var idi. Amma indi heç kəs evinin divarında tablo asmaq istəmir, nəyinki seyr etmək.Bahalı telefonlar əvəz edir indi incəsənəti. Məsələn, xarici bir futbolçu vardı, sağlamlığında problem olsa belə güclü oyunçu olduğuna görə onu itirmək istəmədilər. Müalicəsi üçün əllərindən gələni etdilər. Bizdə yaxşı gənc oyunçuları sağlamlığında cuzi problem olsa belə qabardırlar və bilmədən itirirlər, dəyər verilmir. Ona görə sadəcə özüm üçün çəkirəm.
Çizdiyiniz rəsmlər hərəsi bir hekayədi sanki. İçlərində təxəyyüldən çəkdikləriniz varmı?
- Mənim bibim kitabxanaçı olub.Xeyli kitab gətirirdi mənə.Dünya ədəbiyyatından nağıllar,romanlar.Bir günə oxuyub qurtarırdım bir kitabı. Bir dəfə kitabı aparıb bibimə təhvil verəndə inanmamışdı bir günə oxuduğuma.Vərəqləyib suallar vermişdi. Roman o qədər maraqlı idi ki, səhərəcən oxuyub bitirdim.Tanınmış yazıçı da deyildiye. Ən çox bax oxuduğum nağıllardan təsirlənib, nağıl qəhrəmanlarını beynimdə canlandırırdım sonra rəsmlərini çəkirdim.Dünya nağıllarındakı qəhrəmanları da bəzən milliləşdirirdim.
- Bax bu rəsmə azadlıq adı verdim mən.Bu rəsmi hansı nağıldan təsirlənib çəkmisiz?

- Bu rəsmi 12 yaşım olardı çəkəndə.Elə ilk çəkdiyim rəsmlər sırasına aid eləmək olar.Özündə baxanda hiss edirsən də uşaqlıqda çəkilib.Sevdiyi qızı tapa bilmək üçün min bir əzaba qatlaşan gənc oğlanın bir nağılın oxumuşdum.Oğlan axırda göyərçinə dönür.Qız onu azad edir.Həmin qızı xəyalımda canlandırıb çəkmişdim.
- Əslində təxəyyülən çəkmək asan deyil. Özü də akvarellə. Sulu boya ilə bu cür rəsmlər çəkmək. Atanız nə deyirdi bu istedadınıza?
Rəssam ailəsində doğulmuşdum. Atam rəsm çəkəndə izləyirdim həmişə onu.Mənə atam deyirdi ki,“ay qız bəsdi kopyaladın rəsmləri,özündən uydur çək”mənim yaxşı köçürtmək qabiliyyətim var.Bir dəfə “Mirvari sırğalı qız”əsərini sırğasız çəkmişdim.Dedim al bu da sənə uydurma. Təzə-təzə utanırdım. Çəkdiklərimi atama göstərə bilmirdim. Bacımdan yollayırdım ki, baxsın, fikrini bildirsin. 
İlk eksperimentlərimi qandalaşla, quş üzümü giləmeyvəi var bilirsən? Bax, onunla etmişdim. Bu rəsmdə gecə yerini səhərə təhvil verir. Bir gün sübh çağı durmuşdum. Şehli bir gün idi. Günəşin doğuşu xoşuma gəlmişdi. 12 yaşımda çəkmişdim bunu da.


- Bu rəsm çox maraqlı gəldi mənə. Ən incə detala toxunmusunuz.Uşağın barmağında parabüzən.Xallarını belə çəkmisiz.Biz uşaq olanda parabüzənə fatma nənə get dayımı “Kazakıstandan” gətir deyirdik. Toyuğu da çox böyük çəkdiyinizdən hiss olunur, uşaq yaşlarında çəkildiyi.
- Atam deyərdi ki, ay qız kor olacaqsan bu qədər incə şeylər çəkmə.Amma toyuq həqiqətən böyük idi.Bir dəfə pəncərədən həyətə baxırdım.Bacım toyuqlarla oynayırdı.Oturdu yerə bir də gördüm ki , elə toyuq boydadı.Bizim kəndin toyuqları iri olurdu.Biri 7 kg gələrdi çəkəndə.
Bu şəkil məqsədyönlümü çəkilib? Yoxsa həmin dövrdə Elçibəy kumeriniz olub?


- İlk prezidentimiz idi də. O vaxt mod idi prezidenti çəkmək. Çəmənlikdə olan şəklinin başı üzərində qaranquşlar çəkmişdim. Uşaq idim. Atam görüb demişdi ki, qara quş çəkməzlər prezidentin başı üstündə. Mən də boya ilə ağartmışdım quşları. Arxasına çevirim, qara quşların izi qalır...
- Gözəl çəkmisiz. Bənzətmisiniz. Əsasən siz də portret çəkirsiz deyəsən. Natürmort çəkməyi sevməmisiniz? Rəssamların çoxu belə olur. Amma çəkmək lazımdır.
Mən cəmi alma və yumurta çəkmişəm.
- Xoşlamırdım, amma çəkmişəm. Yumurta çəkmək çətindi. Yəqin sən bir dəfə çətinin çəkib canını qurtarmısan. Bax bu vazonu uydurub çəkmişəm Əmim baxıb demişdi ki, Qu quşuna bənzəyir. ![]()

Daha sonra atasından qalmış qədimi rəssamlıqla bağlı kitablara baxdıq.Yapon Rəssamın ağ üzərində ağ rəsmindən xeyli danışdı.
- Bax, bu İsa peyğəmbərin ayaqlarını göz yaşı ilə yuyan “Maria Maqdalena”dır.İ sa onu bağışlayıb, o da cənnətə düşüb. 
- Cənnətə düşüb? Hardan bilirsiz?
- Bilmirsən? Peyğəmbər deyib də. O,bilir.
- Üzrlü sayın, yaranızı təzələmək isdəməzdim. Yoldaşınız necə? Qiymətləndirirdimi əl işlərinizi?
- Hə, əlbəttə. Ailə qurandan sonra da çəkmişəm.
-Bax, bunu da təxəyyülən çəkmişəm. Şahın hərəmxanasından qaçan cariyələridi. Üzlərinə bax.qocası,cavanı,uşağı. Hələ bu qorxaraq qaçan qadına bax. Atam həmişə deyərdi ki, Füzulinin “Leyli və Məcnun” əsərini oxu. O daha dərindi, maraqlıdı.
( Əgər qardaşım icazə versə, müsahibənin yayımlanmasına bir ildən sonra ver müsahibəni. Oğlumun həbsdə olmasından bir il keçsin sonra. Bax saçlarımı da kəsdirmirəm heç.)
- Bunlar rituallardır axı. Belə etməyin. Oğlunuz bir pedofili qətlə yetirib. Özünü təcavüzdən qorumaq üçün. Bir az ətraflı danışın bu harda...
- Oğlumu qınamıram. Bir dahi deyib ki,bilmirəm adını unutmuşam.”Hər bir dahinin,incə ruhlu insanın belə içində qatil var”Bilirsən yoldaşımı avtomobil qəzasında itirmişəm.17 yaşlı oğlum dayısının yanında işləməyə gedirdi. Qonşuluqda da 63 yaşlı kişi əvvəllər polis işçisi olub həm də. Onun bağında işləmək üçün qocaya yardım edir. Uzun müddət oğlumun güvənin qazandırıbmış.Heç üzünə baxsan deməzsən ki,kişi pedofildir.Oğluma təcavüz edib oğlum da bıçaqlayıb,əsəbi olub. Mən də yəqin ki, elə edərdim. Hirsli başda ağıl olmur. Cəmiyyəti belə insanlardan təmizləmək lazımdır. Məhkəmə haqq qazandırmadı oğluma. Məni üzən də budur...![]()
![]()
- Sizə haqq qazandırıram. Amma təmizləmək deyəndə onları məhv etməklə razı deyiləm.Psixotrik müalicə almaqla bir əlac qılmaq olar buna.Mən eşcinsəl(homoseksual) insanlara normal yanaşmağa başladım.bilirsiz niyə?Bu onların günahı deyil.Məndən bir kurs aşağı oxuyan “Ağgül”adlı bir oğlan vardı.O,travestlik idi.Hər kəs onu lağa qoyub gülürdü.Amma üzünə baxanda iztirab çəkdiyini duyurdum.Onun qadın kimi geyinib,qadınsayağı hərəkətlər etməsi bədənsəl deyil!Elə bilirsiz onlar bu vəziyyətlərindən məmnundurlar?!Əsla.Elmi və fəlsəfi fikirləri optimanötralist baxış açısı ilə tərəfsiz yanaşsaq bəziləri qohum evliliklərindən sonra bu fəsadla üzləşir.Əksəri isə hormonal çatışmazlıq üzündən.Məgər o maddənin çatışmaması onların günahıdır.Biz bir neçə ay bundan öncə iki qaz balası və dovşan balası almışdıq.Böyüdülər birdə gördük ki,dovşanların hər ikisi erkək qazların da hər ikisi dişidir.Bax zaman keçdi heyvanlar arasında eşcinsəllik yarandı.Bunun günahkarı biz olduq.Amma onlar özlərinin günahkarı özləri deyillər.Dəfələrlə genlərinə zidd çıxanı,düzəlmək istəyəni olub ,Allaha yalvarıb ama bir faydası yoxdur. 1933 –cü ildə “Dünya Sağlıq Təşkilatı” tərəfindən eşcinsəllik xəstəlik adını itirir.Elmi çevrələrdən xəstəlik,dində isə əxlaqsızlıq hesab olunur.Paqanizmdə də əxlaqsızlıq sayılır.Hətta bəzi ölkələrdə pedofillərə qarşı cəza da tətbiq olunur.Kısırlaşdırılır. Bir pedofili əsla sezə bilməzsiniz. Kişilərdə daha çox rast gəlinir. Hər yaşda, hər peşə sahibində.Azyaşlılara qarşı istək aşırı olur.Uşaqları oynadarkən belə bunu duymaq çətindir. Pedofili müalicə etmək isə daha çətindir.O üzdən də qohum evliliklərindən,yediyimiz qidalaracan diqqət etməliyik.Və olduqca çətin olsa da hər kəsi olduğu kimi qəbul etməyi bacarmalıyıq.
Söhbətləşdi: Dəniz Pənah
Manera.az