manera.az
manera.az

Ssenari kursları təşkil olunacaq

📅 24.01.2017 12:59

Ssenari kursları təşkil olunacaq

Gənc yazıçılar üçün 3 ay müddətinə ssenari kursları təşkil olunacaq.

Tanınmış yazıçı, AYB-nin katibi İlqar Fəhmi MANERA.AZ-a bildirib ki, ssenari kurslarının iştirakçıları ümumi nəzəri biliklərə yiyələnəcəklər.

Kurslarda iştirak etmək istəyənlər üçün yaş məhdudiyyəti yoxdur.

O bildirib ki, ssenari kurslarının dinləyiciləri üçün seminarlar bir neçə istiqamətdə aparılacaq. İlkin mərhələdə filmin ideyasının qoyulması və bədii həllinin müəyyənləşdirilməsi, süjet xəttinin inkişaf üsulları haqqında məlumatlar veriləcək.

Hər həftənin şənbə günü təşkil ediləcək kurslarda iştirak edənlərə sonda sertifikatlar veriləcək.


Baxış sayı - 1 619 | Yüklənmə tarixi: 24.01.2017 12:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031