Manera.az Azərbaycan əsilli türkiyəli şair Doğan Ergülün şeirlərini Oktay Hacımusalının tərcüməsində təqdim edir.***
Suların incə incə axdığı yay günləri idi…
atlar böyüyərdi sinəsində
sürət kimi dayanan nələrsə vardı
axşam evlərinə qayıdardı günəş.
getmək addımlamaq idi onda!..
necə yaşıl idi evlər necə də ağ
enərdi göydən ay
oyun bilmədiyimə görə idi yəqin ki
qatarlar çıxıb getmişdi
ömrümüzdən gedən axşamlar kimi…
yeni bir yay dərdində idim
buludlarda zümrüd quşları
yandırardı lələklərini…
getdiyin yerdə yoxluq
tənhada eşq
susuzluqdan cadar – cadar olardı…
qaldıqca payızı incidən yara böyüyərdi!..
məmələr daşardı daşlıqdan kəkələyərək
bir qadın özünə
kənardan necə baxardı
axardı qoxusu göyün
bölünərdi zaman
beləcə ölərdi
tənhalıq…
üstünə yıxılardı gözəlliyin
qaldığın aynada
gözə sığmazdı yaşlar çünki
durulardı yuxular
qayıqlar tapardım tarlada
içində yatardı zaman…
***
Yarpaqlar yavaş – yavaş düşür hovuzlar sarı
son yay çöllərdə bir yol sentyabr!.. o gözləri yol çəkən oğul
ey nar! gedənlər üçündür rəng… ağlımdan əvvəlcədən dağıl
məni bir sərçə tapdı, o boydadır qəlbim… cənubda
itkin bir yol... gedirəm leylək kimi ömrüm ağappaq
gəlinciklər üçün dağlarım, yuxusu duz qardan oyuncaqlarım
ey nar dağıl!.. sənə payız, sənə payız gərək
bir ağaçdan yıxıldım, sarı xəfif bir sentyabrdır yaşım
indi o bağçalar kimi çılpaqdır avazım!..
MANERA.AZ
Baxış sayı - 1 517 |
Yüklənmə tarixi: 19.01.2017 10:45