manera.az
manera.az

Tanrım, xilas et məni! - Hava Pinnas Kohenin şeirləri |Tərcümə

📅 30.11.2016 13:24

Tanrım, xilas et məni! - Hava Pinnas Kohenin şeirləri  |Tərcümə

Manera.az Oktay Hacımusalının tərcüməsində dünya ədəbiyyatından orijinal şeir nümunələrini dərc etməyə davam edir.


Hava Pinnas Kohenin şeiri

Arpa bulamacı hazırlama saatında
Tanrım, xilas et məni hər cür axmaq düşüncələrdən
Kürəyini qucaqlayanda uşağımın, coşğusunu hiss edəndə
Uzaqlaşsın məndən bütün cansıxıcı düşüncələr
Bulandırmasınlar beynimi.
Təmizləmək üçün güc ver mənə üzümü
uşaqlarımdan hər biri
Görə bilsin üzümdə
Bayram günündə təmizlənmiş bir güzgüdə görürmüşcəsinə.

Gizlənir tünd qaranlıqlar qıvrımlarında
Səbrim tükənməsin, tıxanmasın boğazım
Getdikcə böyüyən, boğazımda düyünənən bu qışqırıqla
Məni gücsüz, tək qoyma
Tanımadıqlarımın qarşısında
Heç vaxt, bircə an üçün belə, tükənməsin
Uşaqlarımla aramdakı bu istilik.

Əlavə et içimə eşqini nə qədər gücün çatırsa, səbr ver
Evimdə, eşiyimdə dik dayanmaq üçün mənə
Təkcə paylaşmaq üçün bir dilim çörəyi
və kərə yağı sürtmək üçün hər səhər
Daşan təzə, isti südün və
yeni dəmlənən qəhvənin qoxusunu duymaq üçün
Verilən hədiyyələrə təşəkkür üçün
hədiyyə verməyi də öyrənmişəm bu arada.

Onun niyyəti nədir?

Səhər müqəddəs Şabba günüdür, qərara aldım
Gedib danışacağam Tanrıyla
Onunla danışmalıyam mütləq
Bəzi şeylər yolunda deyil
Onunla iki insan kimi danışmalıyam
Soruşacağam ondan niyyəti nədir?
Niyə yollayır şimşəyini evimin dörd bir tərəfinə?

Biri boğulmaqdadır
Mahnı oxuyur başqa birisi
Başqa birisi isə quşlara yem verir
Tanrı adına, mərhəmət adına, sabah adına.
Sabah müqəddəs gündür və boğazımda
Yuxarı qalxır bir damcı qan
Bir az sonra ora nişangaha çevriləcək və heç bir çarə qalmayıb.
Boğazımdan onu çıxara bilən heç kim də yoxdur tərs kimi
Bacarıqlı bir barmaq çıxara bilər ancaq bu qan parçasını
Yazıqdır sınar sonra anamın barmağı.
Elya peyğəmbər kimi İordaniya çayı yanında olan bir nəfər
Bəlkə də eşidə bilər bizi
Gələ bilər və
Çıxara bilər boğazımdakı mahnını

Müqəddəs ad

Onların hamısı çıxıb getdilər bir az bundan əvvəl dağa tərəf və gözləyirlər
Görmək üçün gözləyirlər, dərin bir sükut içində gözləyirlər,
Vərdişlərinə baxmayaraq eşşəklər və dəvələr də sakitdilər
Səssizlikdə bir quşun cikkiltisi də eşidilmir
Uşaqlar çiyininə çıxmaq istəmir atalarının
Sükut o qədər ağırdır ki, keçmişdə olanlar kimi
Heyrətləndirici, qorxunc, istəyirəm ki, vaxtım olsun indi
paltarları asmaq,
hazırlaşmaq, ətir vurmaq üçün.
İstilətdim uşağımın südünü, ac qalmasın,
ağlamasın deyə, Tanrı qorusun deyə,
o uyğun kiçik bir anda, nə qədər zaman alar görəsən bu?
Paltar quruyacaq, uşaq əylənəcək.
Heç kim bilməyəcək bunu
Mənsə yüngül bir meh hiss etdim sanki nəfəsi idi yaşlı bir adamın
Keçir paltarın üstündən və şişən bir qarın kimi
Köynəyim ilə Şabba örtüyü
Səhranın ortasında ağ bir örtüyə çevriləcək
Bizsə çıxırıq qapıdan maviliyə sarı
Uzağa, oraya
Narları dənələrə ayırdığımız və ləzzətini daddığımız
Yerlərə sarı
Tapınırmışcasına sevdiyimiz
Müqəddəs ada sarı.

MANERA.AZ


Baxış sayı - 1 816 | Yüklənmə tarixi: 30.11.2016 13:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031