manera.az
manera.az

"Gicbəsər" - yeni hekayə | MANERA.AZ

📅 16.09.2016 13:38

"Gicbəsər" - yeni hekayə  | MANERA.AZ
Ruzbeh Məmməd

Piyada yeriyib düz parkın yanında dayandıq. Atam gözləməyi sevən adam deyil, çox səbirsiz adamdı. Onu tanıyanlar çox yaxşı bilir. İkidən- bir harda qaldılar deyə suallar verməyə başlamışdı. Mən də əlimdə telefon durub yanımda dayanan fəhlələrə baxırdım. Biz avtobus gözləyirdik. Daha doğrusu mən gözləyirdim, atam da öz işləri üçün rayona gedəcəkdi. Bizdən o tərəfdə park, arxa hissədə iki mərtəbəli çay evi var idi.

Çayxananın qabağında fəhlələr oturmuşdu. Biri yorğunluqdan səkiyə dirsəklənmişdi. Məndən ikicə addım oyanda arıq, yaşı qırx, bəlkə də az olan, bığları tüstüdən qızaran gicbəsər bir kişidayanmışdı. Sallaq dodaqları, arıq çiyinləri köynəyindən bilinirdi. Əlləri
qapqara , barmaqları əzik-üzük idi. Arada əlini tozlu şalvarının cibinə salıb lotulotu yeriyirdi. Guya bu hər şeyi bilir. Ortalığda yeriyir, dövlət sirlərindən danışır, elə danışır ki, guya hökümət hər şeyi buna deyib, bu da hər şeyi bircə-bircə bilir. İndi o dövlət binasını göstərib orada işləyən müdirindən tutmuş, həyətindəki ağaclara qulluq edənlərə qədər tanıdığını deyirdi.

Atam, anidən ona baxıb ona suallar verməyə başladı.

- Bu mərkəzin müdiri deyəsən qadındı eləmi?

- həə, özü də mənim dayım qızıdı.

- Sən alla doğru deyirsən?!

- həə, əlbəttə, Möhsün vadıyee onun qızıdı daa..tanımırsan?! ..Məktəb direktoru.
Tanıyıram, - deyə atam dilləndi..

Sonra yenə əynindən yuvalanıb düşən şalvarının cibinə əllərini soxdu, səkinin
qırağıyla iki addım yeridi, üzünü üzbəüzdə yerləşən kəndə tutub dedi:

- Bax , o, kənddəki binani göreysənmi?..odee onu deyirəm, əlimin istiqamətiylə bax..

Atam da, mən də baxdıq. İki mərtbəli bina var idi. Yəqin ki , dövlət əhəmiyətli binadır- deyə atam dedi.

- Bəs necə təzə açılıb, KƏND TƏSƏRÜFATI NAZİRLİYİNİN bizim rayonda olan binasıdır , deyib qürrələndi. Elə bil o binada rəhbər zad işləyir. Bax elə sevincək danışırdı ki..

- Allaha and olsun o binada bir kamera qoyublar ki, düz ordan İran dağlarına qədər çəkir.
İndi bizi burda durduğumuzu da çəkir?- atam heyrətlə soruşdu. Mənə də göz vurdu.
- Əşii mən deyirəm İranı de çəkir , sən deyirsən məni çəkir?- deyib borcluborclu yeridi.
Bəs bu bu mərkəzin necə?- qarşımızdakı binanı göstərdi.

- Burda da bir kamera qoyublar ki, bütün rayonu çəkir, deyib sonra yenə sözlərinə əlavə elədi.
- O günü iki dənə uşağ gəlib buranının fayfayıynan internetə girib. Internetdə eşələnibdilər.( WiFI- vayfayı deyirdi)
Atam yenə mənə göz vurub soruşdu.. - Nə ediblər?!

- Hə, məllim ikimizin də dədəsinin goruna and olsun fayfaynan internetə girib qarışdırıblar. İki dənə polis gəlib onların qolundan tutub şöbiyə aparıb.

Eşitdiyimə görə onları it balası qədər çırpıblar. Arıq qıçlarını bura-bura düz mənim qənşəriməcən yeriyib , əlləriylə mənə dedi:
- Sən cavansan bunları bilməzsən, həm də kənd uşağısan . Mən belə şeyləri bilirəm, harda necə gəldi danışmaq olmaz. Oturduğun yerdə səni aparıb posa salarlar, heç xəbərin olmaz!.

O bunları danışdıqca çox xoşbəxt görünürdü. Yerdə səkiyə uzanan fəhlələr də onun hər şeyi bilirmiş kimi olduğunu görüb heyrətlənirdilər.

Mənim isə gözlərim onun arığ qıçlarında, əynində o firfir firlanan şalvarında, sapsarı bığlarındaydı..
- hələ ortalıqda yeriyir, dövlət sirlərindən danışırdı. Yerdə sərin səkiyə uzanan fəhlələr diqqətlə qulaq asırdılar. Kimsə ağzın açmır nəsə deməyə cürət etmirdi.

O, onları elə başa salmışdı ki, dərənin o tayında olan binanın kamerası bunları çəkir, Bakıya göndərir.
Çərənçi adama oxşayırdı, yaxşı ki, biz çox çəkmədən oradan getdik. İndi bəlkə hələ də, onun gicbəsər sözlərinə qulaq asırdıq...


Baxış sayı - 1 748 | Yüklənmə tarixi: 16.09.2016 13:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031