manera.az
manera.az

Möhtəşəm sevgi filmləri - SİYAHI / MANERA.AZ

📅 01.08.2016 14:40

Möhtəşəm sevgi filmləri - SİYAHI   / MANERA.AZ
MANERA.AZ sevgi haqda ən yaxş filmləri təqdim edir:

“Mənim ən yaxşı sevgilim”, 2005

Rafi müasir iş qadınıdır, Manhettendə yaşayır, Devid adlı gənc, perspektivli oğlanla tanış olur. Zamanla məlum olur ki, onlar arasında yaş fərqi on dörd yaşdır. Qarşılıqlı anlaşılmazlıq onların sevgisini məhv etməyə başlayır. Devidin anasının Rafinin psixoterpevti olması vəziyyəti daha da çətinləşdirir. Sevgililər sevgisini qoruya biləcəkmi?

“Keyt və Leo”, 2001

Leo 1876-cı ildə yaşayan hersoqdur, möcüzə nəticəsində müasir Nyu-Yorkda peyda olur. O, gözəl Keytlə tanış olur, o isə tamamilə öz işi məşğuldur. Davranışlarının alicənablığı, tərbiyəliliyi və savadlılığı onu unikal personaj edir. Onlar arasına zaman girir-sevgililərin əbədi və əzəli düşməni.

“Sevginin qırmızı mirvarisi”, 2008

Oksana Fandera və Yevgeniy Tsıqanov öz sevgi hekayələrini, təhlükəni və ehtirasını danışacaq. Mariya ərə getmişdir, onun arzu etdiyi hər şeyi var, təkcə sevgidən başqa. Axırda o, falçı yanına gedir və ona yeni bir görüşün olacağını deyir. Qriqori- özünə inanan, kaskadyor işləyən gəncdir, o, öz həyatını adrenalinsiz təsəvvür etmir. Məhz o, Mariyanın bütün həyatını dəyişir.

“İnadkarın ram edilməsi”, 1980

Bu film tənha kişi haqqındadır. O, gücünün çiçəkləndiyi dövründədir, evində yad qadını heç də asanlıqla qəbul etmir. Bu film sizə tam bir gülüş və pozitiv əhval bəxş edəcək.

“Çirkli rəqslər”, 1987

Səksənlərin ənənəvi kinosudur. Gənc Patrik Sueyzi milyonlarla qızlarını qəlbini qırmışdır. Frensis sadə və təvazökar qızdır, o, imkanlı ailədə böyümüşdür. O, Conni ilə tanış olur. Conni rəqqasdır, qadınlarla ünsiyyəti xoşlayır. Onların həyat təcrübəsi və sosial vəziyyəti fərqlidir. Ancaq bu nə vaxt sevgi üçün əngəl olmuşdur?

“Sizin yuxunuza da gəlməyib”, 1980

Bu kino məktəbli Katya və Roman arasındakı ilk məhəbbətdən bəhs edir. Onlar birgə vaxt keçirir və gələcək planlar qururlar. Ancaq oğlanın anası bu münasibətləri dəstəkləmir və ona mane olmağa çalışır. O, gəncləri ayırmaq üçün onu Piterə yaşlı nənəsinin yanına göndərir. Bu isə onlar üçün əsl sınaq olur.

“Sevgi hekayəsi”, 2002


O (Jan Reno) çox darıxdırıcı, ciddi, söhbət etməyi sevməyən, yalnız öz problemlərinin həlli ilə məşğuldur. O isə (Cüliyet Binoş) şən, səmimi, söhbət etməyi sevən xanımdır. Onlar birlikdə bir neçə saat keçirib ayrılacaqlar. Lakin heç vaxt əvvəlki kimi olmayacaqlar.

“Qadınlar nə istəyir”, 2000

Nik Marşal bəxtəvərdir, o, qadın şüuruna daxil ola bilmişdir. Ancaq bu onun həyatını asanlaşdırmaq əvəzinə daha da çətinləşdirmişdir. O, istədiyi hər şeyə nail olacaqdır, ancaq bunun bədəli çox baha olur.

“Piter FM”, 2006

İtirilmiş telefon Maşa və Maksimin həyatını dəyişir. Qadın məşhur radio aparıcısı, kişi isə istedadlı arxitektordur. Onlar ciddi qərar qəbul etməlidirlər. Maşa sevmədiyi insana ərə gedir, Maksim isə uzaq Almaniyaya köçür. Ancaq onlar hər ikisi başa düşür ki, bu heç də onların istədiyi deyil.

“Qaydasız və qaydalı sevgi”, 2003

Sevgi bütün yaşlarda mümkündür. Harri artıq gənc deyil, öz yaşıdı olan qadınlarla görüşmək istəmir. Ancaq bir dəfə gənc olmayan, ancaq çox cəzbedici qadınla tanış olur. Erika məşhur yazıçıdır, sevgi romanları yazır. Evində çağrılmamaış qonağa güclə dözür. Günlər keçir və onlar bir-birini daha yaxşı tanımağa başlayır. Məlum olur ki, onların ortaq cəhəti çoxdur.

“Yayın 500 günü”, 2009

Öz yarını tapmaq heç də asan deyil, hər dəfə inanmaq istəyirlər ki, bu dəfə əsl sevgiyə rast gəlinib. Baş rol qəhrəmanının maraqlı peşəsi var- o, təbrik açıqçalarına mətnlər yazır. Onun seçdiyi qız isə möhtəşəm qızdır-xoş, məqsədyönlü, maraqlı, qayğısızdır. Bir-birini tanımaq üçün onların ixtiyarın 500 gün verilmişdir.

“Harri Salliyə rast gələndə”, 1989

Harti və Sallinin münasibətlərini müşahidə etmək maraqlıdır. Onlar gah dalaşır, gah barışır, ancaq çətin anlarda bir-birinə dayaq durur. Müəyyən anda dostluq sevgiyə çevrilir. Ürəyə əmr etmək olmaz. Sevgi uğrunda mübarizə aparmaq lazımdır.

“Gələcəkdən gələn boyfrend”, 2013


Növbəti yığıncaqdan sonra Tim aşkar edir ki, o, zamanda səyahət edə bilir. Atassı ondan bu bacarığını necə istifadə edəcəyini soruşanda, o, tezliklə sevdiyini tapmaq istədiyini deyir. Bunun üçün o, çox güc sərf etməli, zamanda səyahət etməlidir. Bu isə yolun başlanğıcıdır.

“İtlərə sevgi vacibdir”, 2005

Sara ağır boşanma yaşamışdr, sevgisini tapmaq ümidini tamamilə itirmişdir. Qohumları onun ürək vəziyyətindən narahatdırlar və tezliklə onunla ola biləcək kişi ilə tanış etməyə çalışırlar. Bacısı Sara adından saytda tanışlıq elanı yerləşdirir. Arzu edənlər az olmur, ancaq bir nəfər məhz ona layiq olmağı bacarır. Ancaq qəribə hadisələr bu gözəl hissin inkişaf etməsinə mane ola bilər.



Baxış sayı - 2 170 | Yüklənmə tarixi: 01.08.2016 14:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031