Kömək etməyin ən yaxşı üsulu – SEVGİ
![]()
Manera.az Şəhla Aslanın yazısını təqdim edir:
Atalar sözü
Bu deyimin ən üzdə olan mənası odur ki, gərək el üçün fikirləşmədən öz işlərini aparasan. Canı çıxsın başqasının, o da öz işini qursun. Amma müdrik atalar heç vaxt belə hissiyyatsız olmağı tövsiyə etməz axı. Getdik bir az da dərinə…
Ola bilsin, bu misal o mənadadır ki, elin o qədər dərdi var, hamısına ağlasan, gərək bütün ömrün boyu ağlayasan. Elin dərdi qurtarmır ki? Elə yaxın ətrafına əl yetirsən, dərdinə yansan bəsdir, yoxsa gözsüz qalarsan. Amma şübhə yaranır. Axı atalar el üçün, Vətən üçün nəinki kor olmağı, hətta ölməyi də tövsiyə etdikləri halda bəs onun dərdinə qalmaq, halına yanmaq, yazığı gəlmək, ağlamaq olmaz?
Aha…Bax, burada bir şübhə yaranır. Bəli, ağlamaq olmaz. Çünki, kiməsə yazığı gəlmək təkəbbür nişanəsidir. Müasir psixologiya elminin sübut etdiyi kimi, halına yanmaq, acımaq, yazığı gəlmək ona da, özünə də təcavüzkar, dağıdıcı enerjini yönəltmək deməkdir. İnsanın kiməsə ona görə yazığı gəlir ki, ona kömək etsin. Bəli, məqsəd alidir, amma həyata keçirilməsi yolu qorxuludur. Kömək etmə üsulları çoxdur. Məsələn, duymaq, şəfqət, xeyirxahlıq, qayğı və s. hisslərin təsiri altında kömək etmək lazımdır. Nəticələr eyni olsa da səbəblər müxtəlifdir. Zərərli hissin nəticəsində edilən kömək özü də başqa bir hadisəyə səbəb olur. Artıq bu səbəbin nəticəsi cürbəcür xəstəliklər və problemlərdir. Həm icraçı üçün, həm də «yazıq» adam üçün. Axı əməllər niyyətə bağlıdır.
Məşhur filosof Nitsşe, ümumiyyətlə, əksər hallarda şəxsi işlərə qarışmamağı tövsiyə edir: «Yaxınlarını sev – yəni onları rahat burax!»
Kömək etməyin ən yaxşı üsulu sevgidir. Yazığı gəlmək, acımaq, halına ağlamaq – mənfi emosiyalardır. İnformasiya – energetik səviyyədə dağıdıcı qüvvəni başqasına yönəltməklə onu da özünüzü də təhlükədə qoymayın. Ona da, özünüzə də heyfiniz gəlsin. Niyə məhz gözsüz? Çünki, ağlamaq, hala yanmaq prosesində məhz göz iştirak edir, həmin mənfi emosiya cavab şəklində geri qayıdarkən məhz gözləri zədələyir.
Beləliklə, elə yazığınız gəldiyi üçün ağlamayın, çünki, nə qədər insan varsa, o qədər də kömək üsulları var…
/sim-sim.az