manera.az
manera.az

Qalib gələcəkmi cahanda kamal? - Şəhla Aslan yazır... MANERA.AZ

Qalib gələcəkmi cahanda kamal?  - Şəhla Aslan yazır...  MANERA.AZ


Azərbaycan ədəbiyyatının nəhəng simalarından olan Səməd Vurğunun bircə misrasına müraciət etmək kifayət edir ki, bir-birindən dəyərli fikirlər incitək sıralanaraq düşüncələrinə hakim kəsilsin...

Yuxarıda iqtibas etdiyim misradakı "kamal" sözü ilə ustad Kamal Abdullanın adı arasında paralellər, uyğunluqlar apararaq həmin ritorik sualı məxsusi şəkildə cavablandırmaq istəsəm də, şairimizin daha bir misrasının pıçıltısını eşidirəm: "Qızılı örtsə də qara torpaqlar, Yenə qiymətini özündə saxlar!" Doğrudur, Caviddən, Müşfiqdən tutmuş kommunist rejiminin son nəfəsinədək nə qədər istedadlarımız dəyərini özündə saxlasalar da, "vaxtında" qədr-qiymətini ala bilməyərək "qara torpaqlar altında" qaldılar... Amma nə xoş halımıza ki, bu gün Azərbaycanımızın azad, müstəqil günlərini görə bildik və artıq istedadlarımız dünyada tanınır...

Əslində yazıçı Kamal Abdullanın "tanınması" tarixi lap həmin Sovet dönəmindən başlayıb. Hələ namizədlik və doktorluq dissertasiyaları ilə tanış olan elmi ictimaiyyət, ədəbiyyatşünaslıq meydanına ciddi, güclü, yeni yanaşma tərzi olan bir alimin gəldiyini qəbul etdi. Daha sonra bədii yaradıcılıq sahəsində çoxvariantlı, müxtəlif qatlarda və zamanlarda baş verən hadisələri bir süjet halında təqdim edən nəsr əsərləri onun novator yazıçı, dünya ədəbiyyatı korifeylərinin yaratdıqları əsərlər səviyyəsində, lakin Azərbaycan mühiti, milli təfəkkür meydanı daxilində təqdim edən qüdrətli bir nasir olduğunu göstərdi. Kamal Abdulla Azərbaycan ədəbiyyatı üçün yeni olan priyomları, təhkiyə tərzini o qədər milli müstəvidə təqdim edir ki, onları az qala folklor nümunəsi kimi qəbul edirsən, sanki qədim dastan, yaxud nağıl oxuyursan. Amma bu "nağıl"ların vərdiş etmədiyimiz adları olan qəhrəmanları bizə müasir, qlobal problemlərin həlli barədə çox mətləbdən söz açır...

Deyəsən, nəzərdə tutduğum niyyətdən çox uzaqlara getdim... Axı ,mən onun əsərlərindəki bədii xüsusiyyətləri açmaq iddiasından çox uzağam. Sadəcə, onu bildirmək istəyirəm ki, əsil istedad öz qiymətini mütləq alır! Bu gün Kamal Abdullanın çoxlu ölkə və beynəlxalq mükafatlar almasına adi hal kimi baxılır və məsələyə haqqın qələbəsi kimi yanaşılır. Xüsusən, "Yarımçıq əlyazma" romanına görə İtaliyada ədəbiyyat ödülünun təqdim olunması bütün ölkə üçün xoş xəbər oldu. İndi də akademik Kamal Abdullanın Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü – akademiki seçilməsi ədəbiyyat adamlarını bir daha istedadın təntənəsiylə tanış etdi. Zənnimcə, Kamal Abdullanın belə uğurları hələ davam edəcək...

Bildiyimiz kimi, beynəlxalq aləmdə ən nüfuzlu ədəbiyyat ödülü Nobel mükafatıdır. Mayası Azərbaycan neftindən qaynaqlanan bu mükafatı türkiyəli yazıçı Orxan Pamuk alanda həm qürur duyduq, həm də, açığını desəm, bir az qısqanclıq keçirdik. Məgər bizdə buna layiq yazıçı yoxdur?..

Bəli, var! Hazırda bu yolda məhz akademik Kamal Abdulla inamla irəliləyir. Mükafatın prosedurunu təsəvvür belə edə bilməsəm də, qalib gəlmiş əsərləri oxuduqca, onları Kamal Abdullanın əsərləri ilə müqayisə etdikcə bu fikir bir daha möhkəmlənir.

Nobel mükafatını çoxdan haqq etmiş böyük yazıçı, alim, dövlət xadimi, akademik Kamal Abdulla bu mükafatı da alandan sonra yazımın əvvəlində Səməd Vurğundan misal gətirdiyim misradakı "kamal" sözünü böyük hərflə yazaraq Azərbaycanı dünyaya fəxrlə təqdim edəcəyimiz günü görmək arzusuyla!..

Şəhla Aslan

AXAR.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31