manera.az
manera.az

“Mehmanxana sahibəsi” tamaşanın premyerası olacaq l MANERA.AZ

📅 15.04.2016 11:30

“Mehmanxana sahibəsi” tamaşanın premyerası olacaq l MANERA.AZ
Mayın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Mehmanxana sahibəsi” adlı tamaşanın premyerası olacaq.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, italyan dramaturqu Karlo Qaldoninin “Mehmanxana sahibəsi” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya Xalq Artisti Cənnət Səlimova quruluş verib. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti Günay Qasımovadır.

Tamaşa hər kəs tərəfindən sevilən gözəl Mirandolinaya (mehmanxana sahibəsi) inadkar Kavalerin kobud münasibətindən və bu qadının yaraşıqlı Kavalerə qisasından bəhs edir.

Yeni səhnə əsərində əsas rolları Əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Sevinc Mehrəliyeva və Eşqin Quliyev oynayacaqlar.


Baxış sayı - 1 409 | Yüklənmə tarixi: 15.04.2016 11:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031