manera.az
manera.az

Alim Qasımovun konserti olacaq | MANERA.AZ

📅 04.04.2016 11:09

Alim Qasımovun konserti olacaq | MANERA.AZ

Mayın 25-də Azərbaycanın Xalq Artisti Alim Qasımov Almaniyanın Dortmund şəhərində konsert proqramı ilə çıxış edəcək.

Konsert Klangvokal (vokal səs) musiqi festivalı çərçivəsində baş tutacaq.

Bu il səkkizinci dəfə təşkil olunacaq Klangvokal musiqi festivalı mayın 13-dən iyunun 12-dək Dortmund şəhərində keçiriləcək. Dünyanın hər yerindən istedadlı rəssamları və ecazkar musiqiçiləri bir yerə toplayan festivalın dəyişməz şüarı “sərhədsiz”dir.

Festival çərçivəsində 25-dən çox tamaşanın premyerası nəzərdə tutulub.

Beynəlxalq musiqi festivalında Argentina, Kuba, Mərakeş və İran musiqiçiləri də çıxış edəcəklər.


Baxış sayı - 2 060 | Yüklənmə tarixi: 04.04.2016 11:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930