manera.az
manera.az

Litvalı mütəxəssis BSU-nun tələbələrinə mühazirə oxuyacaq |MANERA.AZ

📅 29.03.2016 17:55

Litvalı mütəxəssis  BSU-nun tələbələrinə mühazirə oxuyacaq |MANERA.AZ
Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev Litva Edukoloji Universitetinin filologiya fakültəsinin dekan müavini, dosent Linas Selmistraitisi qəbul edib.

MANERA.AZ-ın məlumatına görə, görüş zamanı Asif Hacıyev qonağa BSU-da həyata keçirilən beynəlxalq layihələr, xarici universitetlərlə bağlanmış müqavilələr barədə məlumat verib.

Bildirilib ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus Mundus proqramı çərçivəsində BSU-ya dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələrindən müəllimlər gəlir. Rektor eyni zamanda Erasmus Mundus proqramı çərçivəsində həyata keçirilən uğurlu layihələrdən də söz açıb.

Erasmus Mundus proqramına əsasən Bakı Slavyan Universitetinə gələn Linas Selmistraitis BSU-nun ingilis filologiyasında təhsil alan tələbə və magistrantlara silsilə mühazirələr oxuyacağını vurğulayıb.

Universitetlə əməkdaşlıq etməkdən məmnun olduğunu deyən L. Selmistraitis BSU-nun fəaliyyətini yüksək qiymətləndirib.


Baxış sayı - 1 745 | Yüklənmə tarixi: 29.03.2016 17:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930