manera.az
manera.az

Otur, yaz, öl... | MANERA.AZ

📅 17.03.2016 12:22

Otur, yaz, öl... | MANERA.AZ
MANERA.AZ dünya şöhrətli yazıçı Boris Evseyevin hekayəsini təqdim edir:

Sakit və həyacanla bağ sayrışırdı, göydən su bol və sakit axır,bir çox şeyləri istəyirsən yadda saxlayasan, amma çox şey yaddan çıxır, çox şeyi istəyirsən yaddan çıxarasan, ancaq o, yenidən yada düşür.Və heç vaxt dəqiq bilmirsən: görəsən həqiqətən nəyi yadda saxlamaq, nəyi yaddan çıxarmaq lazımdır? Sətri başlayırsan və sənə elə gəlir ki, dünyada ondan lazımlı heç nə yoxdur, ancaq sətrin sonuna yaxın gözünün önündə hissə-hissə ləkələr yanıb-sönür və qırmızı fanar yanır: lazım deyil, o deyil, dayan! Və hamısından yaxşısı odur ki, hekayənin nə əvvəli, nə də sonu var, yalnız bir tək hissiyat var: nəsə, nə vaxtsa doğrudan da gedib, hansısa bir həyat qələmin və dilin ucunda fırlanır, çırpınır, oxuyur, titrəyirdi. Və budur sən birdən onu tutdun, amma göz yaşı arası yox, yanlardan yox, dolayısıyla, laqeyd baxışla həqiqətən onu gördün və budur sənin qarşında alaqaranlıq pilləkəndə qaçqın qadın dayanıb, o həyat kimi məhv olmur,getmir. İndi sən yuxudan oyanmış kimi, öz daxili təfəkküründən və harada olduğundan baş açmayaraq çaşqın soruşursan:

- Stasya? Sənsən?

Hələ də ümid edirsən ki, o, deyəcək: «xeyr», deyəcək ki, bu səhvdir və parçalanmış sürünün, özü kimi zavallı, taqətdən düşmüş dodaqları ilə kobud rənglənmiş masalardan qırıntıları yığan qaçqınların arasında gizlənəcək.

Ancaq o, cavab verir: «Bəli» və o gözlərini kənara çəkir. Onda yadıma düşür ki, onu 2 saat bundan əvvəl, katiblikdən yeməkxanaya qaçarkən görmüşdüm, nə vaxtsa qızılı hörgiilü, indi isə boz-sarımtıl saçlarını, biraz uzanmış sifətini,sanki fil sümüyünə bənzər uzanmış şəffaf burnu ilə, mənə dikilmiş parıldayan qara gözlərini görürdüm. Gördüm ancaq boynuma almadım, yadıma düşmədi.

Ömrünüzün günləri səmadan bu su kimi qaçır. Yarıyıı bölünmüş 70-cilər gurultulu 80-cilərin qabından töküləm! qaçır, ağlını itirmiş 90-cılarsa dərinliyə qərq olurlar...Və bundan narahatçılıq keçirirsən ki, səndən birdən-birə 2 onilliklər qaçır, bir dəqiqəlik «məqamdan çıxırsan» və yaddan çıxarırsan ki, indi pəncərənin arxasındakı nədir: yazdır yoxsa payız? Bəlkə də bunu bilmək heç lazım da deyil! Çünki, indi həm sənin, həm də qarşında dayanan, 20 il içərisində xeyli qocalmış qadının yanaqlarından və dodaqlarından başqa yaş axır və başqa səma, başqa həyat qaçır, hansı ki, indi sənə bircə lazım olan şey şübhəsiz ki, yalnız həqiqətdir.Və bu sənin indiki varlığının əksinə olaraq sənə ağılsızlıq, təmiz axmaqlıq kimi görünür.

Sən xırıltı ilə ondan-həyatdan yox, qadından-istəyirsən ki,sənlə ensiz, qəzet müxbirləri və ştatdankənar tənqidçilərin zibillənmiş kabinetinə qalxsın, sonra isə öz ətrafına nəsə ağlına gələn boş şeylər danışırsan,çünki, danışmağa heç nəyin yoxdur. Ölüyə, ruha,hətta: «mən sağam» deyənə nə demək olar? Nə?

Sən ona yalvarmağa davam edirsən və qadın öz nimdaş paltarlı qonşularına baxaraq, qorxmuş halda növbədən baxıb, dəhlizdəki stola yaxınlaşır, - qəti, öz-özünə ötəri gülümsəyib cavab verir: «xeyr». Necə ki, 20 il bundan qabaq sən özün ona «xeyr» demişdin. İndisə o, sənin əlinə başı çevrilmiş açarı soxuşduraraq diksinir, onu bağçada yerə salır, amma tez götürür və qərarsız, qorxaraq ki, yenə rədd cavabı alacaq, açarı sallanmış halda tuturdu.

- Mən onu tullayacam,- dedim və ona yeni bir hərəkət etməyə imkan vermədim.

Və bu sözlərdən sonra o may, yaxud iyun çubuğu kimi yox olur, və sən yenidən pilləkənlərin altında redaksiya liftinin yanında qurulmuş növbədə olursan. Başa düşürsən: onda gerçək həyat onun üçün bitmişdi, indi isə sənin üçün Bitib. Hər şeyin öz vaxtı var! Baxmayaraq bu «hamısı» üç ılofə lənətlənib!

- Sənət?- Pilləkənin yanında, stol arxasında oturan qadın şübhəli gözlərini qıyır. O, bu işgəncənin axırını gözləyə hil mir, qaçqınlar bura bir ildir ki, gəlir, heç kim heç nə ilə onlara kömək etmir, ancaq icazə verirlər ki, 4-cü mərtəbədəki cır-cındır tayasında eşələnsinlər və qəzetlərdə deyirlər: «Biz heç kimi darda qoymuruq». Ancaq bunları lazım olan yerdə göstərirlər.

-Sənət? - kök, ətiacı, kürənsaçlı qadın ondan tələb edir ki, soyunsun və ona qəlbini açsın. - Həəəkim? Boz gödəkçə, sirk pərdələrindən şalvar geyinmiş, çox içmiş,basıq sifətli, pırtlaşıq saçlı adam cavab verir:

-Həkim mən...

Kök adam gülür. Barı bir şən adam tapıldı. Barı biri!

-Həkim, həkim, - pırtlaşıq saçlı adam tələsir çatsın, tələsir nəsə tutsun və birdən onun başı ümidsizcə aşağı, sinəsinə düşür.

-Həkim? Heç bir həkim lazım deyil! - o, mənə dedi və qorxu içində uzaqlaşdı. Həkim bizim o vaxtı söhbətlərin müntəzəm mövzusu olmuşdur. Taun xəstəliyindən qorxan kimi o, hamiləlikdən qorxurdu, hər zaman otlar, həblər, qutularla askorbin turşusunu qəbul edir, ona heç bir rol verməyən heyvan rejissordan şikayət edir, onu bütün kütləvi səhnələrdə rəqs etməyə məcbur edir və inandırırdı ki,məni dünyada hər şeydən çox sevir, həyatdan da, hətta-xoreoqrafiyadan da çox!

Mən buna inanmırdım.Və mənim şübhələrim üçün də səbəb heyf ki, vardı... Bəli o vaxt əlbəttə ki, may idi, biz onda cənubda yaşayırdıq (indi həmin şəhər Rusiyanm tərkibində deyil) və ölməkdə olan, yaxud ölmüş janra-musiqi komediyası janrına acığımız tuturdu.

Bizə elə gəlirdi ki, bu panikalı və yaxud bir çox hadisələrdə Vyana axmaqları üçün hazırlanmış rəzil, mən məşğul olduğum klassik musiqini, hətta haqqında fikirləşməyi belə yaddan çıxardığı aktyorluq sənətini təhkimçilikdən azad edər.

Biz isə başqa şeylərlə məşğul olmalı idik: mən bu yaxınlarda musiqi məktəbinə diplom imtahanları verməli, imtahanlardan sonra konservatoriyaya, ya əsgərliyə, ya da... Buna görə, də teatr orkestrindəki işi, bekarçılığı, sıxıcı şəhərdə küçə sülənmələrini, axırda isə onun özünü atmalı idim. Ancaq bunların heç birini mən atmaq istəmirdim və bacarmadım.Onun üçün də çoxdan qərara almışdım ki: nə olar, olar!

Və elə bundan sonra mənim həyatım ayaqla vurulmuş daş kimi aşağı yuvarlandı.

O, başmaq kimi ensiz xidmət otağında boş meydanlı teatrın ən alt mərtəbəsində yaşayır, ora isə zirzəmidən uzun keçid vasitəsilə orkestr quyusunun sonuna çıxırdı. Orda- keçiddə çürümüş dekorasiyaların mavi işıq tərəfində biz tanış olmuşduq. Həm də ki, biz çox pis vəziyyətdə görüşmüşdük, hələ indi də mənə nə üçünsə pis təsir edən hadisə baş vermişdi: yannındakı teatr dairəsinin altında intihar etmək istəyən aktyor M. özünü asdı. Onu təsadüfən dar ağacından çıxardılar, yarısalamat xəstəxanaya apardılar və mən anlaşılmaz titrəmə ilə çox ensiz yaşıl-qırmızı ayparanı xatırlayıram, onun boynunu tamamilə örtmüş həmin aypara, bizə ona olanları ay yarım sonra göstərdi. Mənim yadımdadır, biz Stasya ilə gizli bir şəkildə, yazıq özünü asandan hisslərini soruşduq. Ən çox da bizi maraqlandıran o idi ki, düzdürmü kimlərinsə söylədiyi sözlərə görə özünü asanda, boynunun onurğası sınanda məhəbbət sevinci hiss edirsən? Düzdürmü ki, M. özü bu kobud-erotik hissləri gözlədiyi üçün dar ağacına gəldi? Budur biz tanış olduq və elə bil bizi qaynar qalay kimi bir-birimizə birləşdirdi. Və bizim taleyimiz zərbə ala-ala və görünməz maneələrdən yapışa- yapışa, o mülayim yazda ikirəngli kəpənək kimi ağ uçurum-lara səhərin lazımsız işıqlarına tərəf uçdu... Həm də elə bizim bütün o vaxtki həyatımız parlaq yox, pis boyanmışdı, klassik deyildi, yalançı və anlaşılmaz xoreoqrafıyaya bənzəyirdi: parıltı, boşluq, uçuş... yenidən parıltı. Bu həyat getdikcə spirt sürtküsü, pis iyli pudra və kəskin ağ tozu xatırladırdı. O çox əla idi, ancaq bir az acı dadırdı.Və həyatın əsas acısı onda idi ki, təsəvvür edin, Stasya Stanislava yalançı idi, o, dayanmadan yalan danışır, səhnədə, bütün öz hərəkətlərində, bufetdə, qrim otağında. Hər əyilməsində və boynunun,başının çevrilməsində mən tamamilə nazik hörümçək toru görürdüm, necə ki, indi qadın yalanını görürəm. O, həmişə düşüncəsiz və kinsiz yalan danışır, ancaq onlar faydası olmayan yalanlardı. Mənə onda elə gəlirdi ki, ondan sözləri, yarımsözləri düzgün ala bilməzsən. Sevgi və sevgidə qarşılıq-budur düzlük. O, məni heç də yüngül olmayan bədəni ilə teatr pərdələrinin bükümündə divara qıslayıb öpəndə, heç bir yalan,heç bir pislik, digər vaxtlarda olduğu kimi, aktyorluq hiss etmirdim.

Bütün anlaşılmazlıqları atmaq üçün, bu yalanı görməmək üçün, onun baş rejissorala bir-biri ilə gözləşmələrini atmaq üçün, mən fikirləşdim ki, şəhərdən kənara gedək. Biz bağ evlərinə böyük çayda naviqasiya tam başlayandan gedirdik və orada bir neçə saat ehtiras və şəhər həyacanından, teatrdan, boş sözlərdən, xırda yalanlardan uzaq olurduq. O, özü ilə balet başmaqlarını götürürdü (çəhrayı iyrənc, yeganə əşyadır ki, onun paltarlarının içində zəhləm gedirdi), mənsə, günəşdə yanmış öz boz futlyanmı, içində qara-gilənar rəngli skripkamı götürüb, "tısbağa" - çay tramvayında tanışlarımızdan birinin verdiyi növbəti bağ evinə enirdik. Öz yaratdığımız musiqi və xoreoqrafıya ilə biz bu bağ evlərində sevgi münasibətlərini maskalayırdıq, sadəcə olaraq həmişə özümüzə suallar verirdik: nə bizim üçün əsasdır, əsas! - bizim profesional işlərimiz, "başqa" şeylər deyildi.

Biz bir məqsədlə gedirdik,ancaq vaxtımızı qeyri-adi və demək olar ki, həmişə özümüz üçün gözlənilməz keçirirdik. Öz isti,yarıqış, bədəni parçalıyan paltarı çıxarmaq əvəzinə, bir-birimizə sarılmaq əvəzinə-biz künclərə qaçır, bir- birimiz haqqında pis, xoş olmayan, "düzgünlük" haqqında xatırladırdıq. Sonra əlbəttə ki, bunlar hamısı keçir, və o, məni qıcıqlandıran başmaqlannı ya stulun, ya da çarpayının üstünə qoyur, bir neçə klassik hərəkətlər, heç məktəb illərindən bəri etmədiyi yaxşı rəqs hərəkətləri edir, ancaq məcbur olurdu ki, onları biraz yada salsın və sonra quru meyvə axtarışına başlayırdı. Və onda əgər körpü varsa mən gedirdim ora, və yaxud qamış bitmiş sahildə ayaqlarımı sallayırdım buzlu suya, ancaq konkret olmayaraq başlayırdım, bütün mənim başıma gəlməyənlər və sonrası barədə həyacan keçirməyə...

Bağ evlərindən qayıdarkən, birdən yarım saatlıq ucuz, ancaq yaxşı mətbəxi olan kafeyə girirdik. Mən elə onda da restoran və kafe xoşlamırdım, və həm də gülməli idi: mənim hələ 20 yaşım olmamışdan indiyə qədər çoxmüddətli musiqi çalışmalarıyla məşğul olan restoranlar vardı. O isə belə yerləri çox xoşlayırdı. Və elə bu da bir-birimizlə söz- söhbətə səbəb olurdu, həmin may gecəsi restoran da, həmişə sonralar olduğu kimi yayda, iyunda, iyulda da boş deyildi. Biz restorana girdik və bir yarımiçkili, ağır gövdəli armudvari qarınlı, qara parıltılı, sığallı saçlı, eləcə də parıltılı sifətli və burun əvəzinə iki deşikli bir insanla toqquşduq. İndiyə kimi də və heç vaxt yadıma sala bilmirəm ki, o, nə dedi, hər şey nədən başladı, tək o yadımdadır ki, bir neçə dəqiqə sonra,burunsuzun üstünə atıldım, nəsə ona qışqırdım, dava baş verdi. Dava çox sürətli oldu və əslində bu dava deyil, sadəcə qısa toqquşma idi. Nəticədə ağır, sığallı saçlı, az tanıdığım adam axırıncı stola yıxıldı, sonra əliylə yapışdığı süfrəni özü ilə apararaq yerə sərilidi. Heç vaxt heç kimi və özümdən çox yaşlı insanı döyməmişdim,mənim ürəyim qalxdı, isti oldu və restorandan sahilə tullandıq, yaxınlıqdakı skamyaya əyləşdik. Elə burdan ya burunsuz ya da başqası tərəfindən çağırılmış polis məni apardı. Bu hadisə mənə elə də, qorxu gətirmirdi,ancaq pis hisslər mənə pis təsir edir. Məni gecə boşladılar, həm də məktəbin direktounu sonra nə üçünsə müəllimimi, sonra isə atamı polisə çağırdılar. Təkrar edirəm,iş ciddi deyildi, burunsuzu hamı tanıyırdı ki, o, necə adamdı.

Həmişə mənim həyatıma qarışan valideynlərim bu hadisədə qıraqda qaldılar, ancaq məktəbdəkilər uğuldamağa başladılar. Onları həmişə qıcıqlandırırdı ki, mən yaxşı oxuyuram, bir də onları qıcıqlandıran nəsə aydın olmayan hörmətsizlik göstərdiyim olmuşdu, amma elə onda da hiss etdim ki, bu həyatımın əsas işi deyil.

-Son dərəcə! Heç nə başa düşmürəm... - ertəsi gün məktəbin direktoru boğuq səslə danışırdı, yalandan üz-gözünü turşudurdu. O, özü sevgi məcaralarını çox xoşlayırdı, bir neçə dəfə tutulmuşdu və yalnız buna görə mənə acıyırdı.

- Dövlət imtahanına bir ay qalıb. Budur rəqs edən qadın... Bəli, bəli, mən bilirəm ki, o, aktrisadı! Sözümü kəsməyin! Nədi,siz dava, çaxnaşma istəyirsiniz? Daha nə? Siz istəyirsiniz ki, bizim məktəbə teatr gətirəsiz? Sizin proqramçınız, Fedor Karloviç -mənim müəllimimin adıdır, bura-tək həyacan yox, panika gətirsin? Siz istəyirsiniz ki,o hamının içində sizdən imtina etsin? İstəyirsiniz, görürəm! Hə, rəzalət. Sizin valideynləriniz ... Sizin atanız... Yaxşı. Gedin və fikirləşin. Gedin və... Yox dayanın! Bu nə ərizədir?- Stolun üstündən teatrdan xahişlə məni qastrola buraxmaq üçün göndərilmiş məktubu götürdü, və əlində əzdi. Ağlın başındadır? Başın çiyinlərinin üstədir? Nə qastrollar? Son dərəcə!

Qastrollar! Bu ancaq belə söz idi- qastrollar. Biz sadəcə olaraq mənasız yerləri dekorasiyalarla ispan şlyapaları ilə bəzənmiş iki avtobusla, çoban daxmalarına baxa-baxa və qum yolqırağı otları kəsə-kəsə gəzirdik, mən elə belə qastrolları: Orlovskaya, Kursk, Tambovskaya quberniyalarını daha çox sevirdim.
Qastrollar üç gün sonra başlamalı idi. Direktorun xəbərdarlıqlarına baxmayaraq, mən bu qastrollara həvəslə hazırlaşırdım.

Ertəsi gün teatrda məşğələlərdən qabaq Stasya gəldi, sakit səslə boynuma atıldı. Həyat məndə qəribə sevinc yaradaraq yenə fırlandı, harasa getdi.
Həmin gün ikimiz də tamaşada məşğul deyildik, doğrusu demək olar ki, teatrda musiqisiz və rəqssiz bir tamaşa gedirdi və o kiçik, dar başmağıyla otağa enmək əvəzinə, gülümsəyərək məni əvvəlcə piyada bütün şəhəri gəzdirdi, sonra isə məni həmin çayın üstündəki restorana itələdi.

Həmişəki kimi, bizim kompaniya "restoran" yığılmışdı; leytenant Lenya, sözsüz iki tələbə, ticarətdən iki qız,həmçinin tanınmış ailədən, uzun, nazikbədənli, sifətinin qarayanızlığıyla parlayan, əyriburun, hansısa bir büroda işləyən, sözləri ayrı-ayrı qışqıran, onları dedikdə var-gücü ilə əyilən amaut qızı da vardı. Təkrar edirəm,hər şey yenidən qayıdırdı. Ancaq burda xəyala gəlməyənlər də oldu.

Bütün gün Stasya özünü qəribə aparırdı, şıltaqlıq edir, bir az ağlayır,sonra birdən gülürdü, nəsə başa salmaq istəyirdi, sonra sadəcə küsürdü; onun içində nəsə bir müharibə baş verirdi,indi başa düşürəm ki, deməli, hansısa qərarlar, fikirlər vardı. Ancaq başım öz fikirlərimə qarışmışdı, bunlara diqqət vermirdim. Axir ki, stol arxasında "restoran"da o, necəsə, öz fikrini toplayır və qulağıma pıçıldayır: «İştəyirsən, buradan indi aralanaq? Həmişəlik? Hə...? Axı mən sənə mane oluram... Mən görürəm... Mən qoca rəqqasəyəm, -onun düz 20 yaşı vardı,-səndə isə hər şey hələ qabaqdadır... Hə, de, istəyirsən?»
Mən ucuz və dadlı göyərtiylə səpələnmiş yeməyi yeyərək nəsə dedim.

- İstəyirsən, istəyirsən...Birdən bir müddət fasilədən sonra o, yenə coşdu. Sonra susaraq,əlavə etdi. "İstəsən-alarsan". Bir neçə dəqiqə sakit oturdu, bir qurtum qırmızı, çox soyuq, dişləri kəsən içki içdi, sonra isə astaca özündən sağda bir neçə boşqabı və gül qabını saldı yerə, tez durdu- mən isə onu tutdum ki, yıxılmasın stola.

-Kişilər, eşidin!- O, öz sakit,heç də boğuq olmayan, ancaq bir az sıxılmış səsilə dedi. "Restoran" həmin dəqiqə sakit oldu və sonra dava-dalaş başladı.

- Kişilər, siz baxın! Siz buna baxın. Mənim əllərim ona azdır! Mənim arxam ona azdır! Ayaqlarım azdır! - o, öz uzun qara donunu elə də çox yuxarı qaldırmadı və tez də saldı. -Mənim qəlbimi çıxarmaq istəyir! - o, qərbi-rus aksentilə qışqırırdı.

Stolun üstündə dayananda və qışqıranda o, çox yaxşı görünürdü: ağbəniz, mərmər sifətli, şəffaf burunlu, içkidən solğun və şən idi. Ancaq birdən hönkürdü, qarı kimi ağzını ayırdı, sonra isə düz stolun üstündə oturdu, lakin nazik ayaqlı, pota qarınlı fujerləri yerə çırpdıqda o, mənə çox iyrənc görünürdü. Mən qalxdım lazım idi ki, onu vurum, stoldan düşürüm, alçağı teatrın dibindəki ensiz otağa endirim... Ancaq mən cırnadım, doğrudan da ondan canımı qurtarmaq istəyirdim və o da bunu hiss edirdi.

Ən çox onda mənə toxunan: "kişilər!" sözü oldu. Bu söz o vaxt yeni, çox yeni idi,daha doğrusu mənası yeni idi, qadınlar bu sözə gizli-əxlaqsız yubkaaltı məna qoymuşdular... Mən qalxdım, çıxışa tərəf getdim, onun sifətinə nəsə qışqırdım,o da bütün restoran içində nəsə cavab verdi, mən çevrildim və o, mənim həyatımdan həmişəlik yox oldu.

Amma yox: bu bir anlıq olmuşdu,mən onu görəndə bir kompaniya onu bizim restorandan aparırdı, o isə özünü sakit və tərbiyəli göstərirdi. Gülürdü, ovcu ilə ombasını sığallayırdı, çalışırdı ki, leytenant-sərhədçiyə, sakit cavan insana və onun birinci ərinə nəsə çatdırsın.

- Məni Stana deyə çağır, -burnunda deyirdi.

Mən tüpürdüm və başımı geri çevirdim. Sonra gedənlərə bir də baxdım, ondan aralana bilmirdim. Baxmayaraq mən çox gözəl görürdüm ki, Stasya oynayır, gizlində hirslənir və kollar arasında öz "skripkaçalan"nı axtanr. O zamanlar belə bir davanın axırına heç kim dözə bilməzdi və Allah bilir ki,hər şey necə qurtara bilərdi. Ona görə də bilirdim ki, arxamca çıxacaqlar və onlar çıxdı, bilirdim hara gedəcəklər və onlar getdi, lakin mən özüm onların arxasınca gedə bilməzdim. Mən uzaqlaşan kompaniyaya baxırdım. Öz intuitiv tərpəşmələrimi deyəsən, mən indi başa düşürdüm, amma fikirləşdim ki, - o da heç bilmirəm düzdürmü ki, qadınlar hamısı bir cürdür...Onlar özlərində ildırım və fırtına gəzdirir. Və ona görə də, onun o vaxt ki, qışqırıqları yalnız bir şeyi -parçalanma, ölümcül qasırğa və burulğan içində olduğunu bildirirdi. Bəs onun bizim redaksiyaya gəlişi nə idi, nə? Demək ki, yenə də qabaqda müharibələr, sarsıntılar, işgəncələr, qırğınlar!

- Peşə?- yenə də qulağımın dibində o redaksiyadakı deyingən qadınların səsi. Səs gəlir və yadıma düşür ki, o gecədən sonra əlbəttə ki, Stasyanı bir daha görürəm. Oturdum teatrın parkında siqaret çəkdim. O, bilirdi ki, mən hərdən bu parkda otururam, qaçdı gəldi bura, balıq quyruğu kimi böyük halqalı əyilmiş açarı əlimə soxuşdurdu, açar isə keçmişdə anbar olmuş ensiz zir-zibilli otağınınkı idi. "Xeyr" dedim və yenə də hər şey koleydoskopdakı kimi mənim həyatımda fırlandı, şüşələr silkələndi, bəlkə də öz yerinə düşdülər, mən məktəbə qayıtdım, başladım dərs oxumağa, mənə lazım olmayan bir diplom aldım, demək olar ki, özümü hər gecə gizli, sonra isə aşkarda getməyə davam etdiyim teatrın binasından araladım, getdim Moskovaya. Sonralar hərdən mənə çatırdı ki, o, ərə gedib, elə həminkinə- utancaq, işsiz-sərhədçiyə (bəziləri deyirdi ki, qebeşnikə), indisə, haradasa Orta Asiyada, yaxud da Qafqazda yaşayır.Amma mən nəsə bunu da bir yalan hesab edirdim, nəyə görəsə! Elə mənim o həyatım belə, mənə yalançı gəlirdi. Ancaq indi qaçqınları redaksiyada görərkən, o həmişəlik itmiş həyatın faciəsinin cizgilərini görürdüm. O dəqiqə yadıma düşdü ki, bu yaxınlarda keçmiş tanışlarımızdan, mənim üçün tamam əhəmiyyətsiz hesab etdiyim birinin əri və (və yaxud bir neçə əri ilə) işləri yaxşı deyil, hətta uşaqları belə bədbəxtdir. Böyük oğlu cavanlıqdan-türmədə, qızı- dəlixanada, kiçik oğlu isə ağır xəstədir. Bax onda mən ilk dəfə hal-hazırda onlara inandım, onda ilk dəfə onun tərəfindən, bəlkə də elə bizim ikimiz tərəfindən taleyində nəsə bir gizli, qorxunc şey olduğunu duydum.
Mən sizdən soruşuram, kişi! Sizin peşəniz nədir?

Biz sakit növbə ilə arxasında kürən, deyingən qadın oturan redaksiya stoluna yaxınlaşdıq. Kürən qadın redaksiyada yeni işləyir, əlbəttə ki, məni sifətdən də tanımırdı.
Mən-yox... mən burada durmamışam... Mən bir saniyəlik sakitcə "Stanislava"-dedim və ilk dəfə idi ki, onun dirsəyindən tutdum. O, dala durdu, indi ancaq qaçıram...
O, bir anda yox oldu. Mən cəmi bir dəqiqə olmadım, ancaq qaçıb gələndə,dəli kimi kabinetimin açarını əlimdə tutdum, qayıtdım ki, yoxdur. Belə dönüşü heç gözləmirdim. Tamam başqa şey gözləyirdim: hədə-qorxu, şikayət, mən bütün pullarımı hazırladım, hətta, qabaqlar məndə heç cür olmayan 300 min borc etdim... Evdə davaya, işdəki ələ salmalara hazır idim.

Mən onu özümlə götürmək istəyirdim,çünki birdən və qəfil başa düşdüm ki,onun o vaxtki yalanı və mənim hisslərim-hələ hər şey deyil! Mən bütün gün axşamacan qaçqınların arasında dolaşdım, onun haqqında soruşdum, ancaq heç kim mənə doğru-dürüst bir şey deyə bilmirdi: oğluyla gəlib harada yaşayır-başa düşmədim, əri ölüb, heçnəsiz qalıb, zorla bu cəhənnəmdən çıxıb....

Budur sən ancaq bunları öyrənə bildin. O, yox oldu və bir də redaksiyada görünmədi. Bu insanlarsa, bu qaçqınlar, ya nədənsə qorunurdular,ya da səndən və hamımızdan zəhlələri gedir və ona görə də danışmırdılar. Onlar digər varlıqdan gəlib, ora da gedirlər. Onlar səni titrəyərək itələyir, çünki səni özləri ilə aid olduqları cəhənnəmə götürmək istəmirlər. Onlar cəzadan qorxan kimi (kiməsə, nəyəsə) taun yoluxdura bilərlər, bəlkə də, özləri ilə qəbrə sağlam olanı aparacaqlarından qorxur və diksinirdilər. Onlar gedirdilər, baxmayaraq ki, redaksiyada qalırdılar və onlarla birlikdə payız da gedirdi, budur qış gəlir, sən isə tör-töküntülü kabinetdə oturursan, təkcə o aşağıda yox, yuxarıdadır, - və yazırsan. Bilirsən ki, elə belə də lazımdır: oturmaq, yazmaq. Niyə? Ona görə ki, həyat həmişə eynidir. Bunun haqqında tez demək lazımdır. Bu axı yalandır ki, o, həmin vaxtından yaxşıdır! O, həmişə... Eşidirsiniz keçilər? O, həmişə eynidir: qadın dodaqlarınnı yanındakı çatlamış güzgü avalı kimi. Yoxsa elə deyil: o, dirsəyə hörülmüş kəndir kimi, biz isə... Biz elə bil özünü asanın evindəyik?....

O, hissiyatsızdır. Dilsizdir. Bizi təhqiredici hədələyən və izləyən. Yubadılmadan öndə gedən, gizli niyyətləri və fıkirləriylə bic-bic qabağa tələsən. Və həyatımın əsas cizgisi: özünü birdən uzaqlaşdırmaq: nə istəyirsiniz edin, mən özümünkünü sizdən çıxardaram. Cəsarətimi götürəcəm, qəlbimi götürəcəm, ruhumu... Bəlkə elə buna görə də bizim həyatımız-elə Allahsızdır. Daha doğrusu, onda Allahın girmədiyi qara, dərin, ürəkbulandırıcı deşiklər var. O deşiklərə ki, biz şirinliklə və titrəmə ilə, ayrı ayrılıqda və bütöv ailəmizlə, zamanla və kontinentlə düşürük.

Və ona görə səninçün düzgünlük ondadır ki, o vaxt yaşamısan, lakin həyat haqqında indi yazırsan. Həqiqət, yalan deyil. Yalanla indi yaşamaq olardı, o vaxtınkını isə yaddan çıxarmaq, yada salmamaq....

Onun üçün də: otur, yaz, öl! İstəyirsən öl-ancaq yaz və yaşa, çünki yazmaq məhəbbət və yaxud boş şey üstündə min kərə dönüb qalmaqdır! Otur, yaz, öl! Və həqiqət arasından, keçmiş olan perronun arxasından, birdən zaman- zaman xırda və qəddar, zaman-zaman isə parlaq və şirin gələcək baxacaq, biz susanda-qorxduğumuz gələcək. Hə ondan savayı. Birdən öz məktubunla isti qorxuyla saçan və qara od içində batan qadını qaytara bilərsən? Birdən uydurma olar ki, uydurma olmayan özgə anlamların və öz yalanlarının ardınca yeni həyat başlayacaq? Birdən?
Və budur tələsərək yazırsan:

«Sakit və titrəyərək bağ sayrışır. Yenidən payız yazla qarışıb. Yenidən, yenidən, yenidən gizlində deyilməyən, başqa da, heç vaxt dadına baxılmamış həyat gizlicə yaxınlaşır sənin yanına».

Həyat-məktubdur? Həyat- qadındır? Həyat-xatırlamadır?

Tərcümə: Afaq Qaraşova
MANERA.AZ


Baxış sayı - 1 880 | Yüklənmə tarixi: 17.03.2016 12:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031