Həyatdan gələn yazıçı - İlham İnam yazır...
MANERA.AZ İlham İnamın Tofiq Əmrahın "Görüş" adlı yeni kitabı haqqında yazısını təqdim edir.
Müasir Azərbaycan nəsrində, publisistikasında sanbalı, çəkisi olan imzalardan biri də Tofiq Əmrahın ədəbi dəsti - xəttidir. Onu, xüsusən də, onun müraciət etdiyi mövzuları oxuculara sevdirən bir çox cəhətlər var .
Belə ki, Tofiq Əmrah həyatdan gələn yazıçıdır. Necə deyərlər, o, yazdığı əsərləri təxəyyülünün gücü ilə deyil, bir növ, o hadisələri yaşayaraq qələmə alan ədibdir. Digər bir tərəfdən müharibə mövzusu, xalqımızın tarixi prob-lemləri daim onu düşündürmüşdür. Yazıçının bir çox əsər-lərində olan real həyati hadisələr bilavasitə özünün iştirakı ilə baş vermiş prosseslərdir .
Tofiq Əmrah müasir oxucunun heç də uzaq olmayan keşməkeşli tarixini bədiiləşdirməklə ona ədəbiyyat və əbədiyyət ömrü bəxş edir .
"Görüş" sayca müəllifin oxucuları ilə 7- ci görüşüdür .
Bundan öncəki illərdə yazıçının ömür və tale yollarını vərəqləyən "Bir ömürün səhifələri ", "Gərək elə yanam ki", "Tale yazım", "Kaş ki ...", "Həyatım mənim" və "Ömür yolu" kitabları işıq üzü görmüşdür . Məncə, hər bir araya - ərsəyə gələn kitablar müəllifin mənəvi "övlad" larıdır .
Yazıçının "Görüş"ündə onun son illərdə qələmə aldığı hekayələr, xatirələr və ürək sözlərindən ibarət bir toplu nəzırdə tutulmuşdur .
Tofiq Əmrah, əsasən, yaradıcılığında alleqorik möv-zulara da tez - tez toxunur. Zamanın nəbzini tutan yazıçı bu mövzunun uşaq dünyası üçün marağını nəzərə alır. Eyni zamanda heyvanlarda təzahür edən müsbət və mənfi keyfiyyətlərin əslində insanlardan qaynaqlandığını da ayıq oxucuya , necə deyərlər , "balaban" da qandırır .
Gəlin yazıçının "Tülkü və Alabaş " hekayəsinə müra-ciət edək . Əsərdə hiyləgərlik simvolu olan tülkü aclıqdan əziyyət çəkir. Toyuqlu - cücəli həyətlərə də Alabaşın qorxusundan girə bilmir. Hiylə niqabına bürünən tülkü plan qurur. O, Alabaşı yağlı dilini işə salaraq dilə tutub yola gətirməyə çalışır. O Alabaşı inandırmağa çalışır ki, canavarın, ayının əldə etdiyi ovun yanında mənim qənimətim çox kiçikdir.
Alabaş ona mətləb üstə gəlməsini əmr edir . Tülkü bildirir ki, əldə etdiyi "qazanc"ı onunla yarıbayarı böləcəkdir . Öz sahibinə, yaşadığı həyət - bacaya , yediyi çörəyə sədaqətlə qulluq göstərən Alabaş tülkünün tülkülüyünə " tülkü" lüklə cavab verir. Bildirir ki , axçam toyuqların hininin qapısını açıq qogacaq və tülkü də gəlib istədiyi toyuğu tutub yeyər. Özü digər heyvanları aldatdığı halda bu dəfə Alabaşa aldanır. Axşam gəlib hinə girən şələquyruğu Alabaş qapını örtərək tələyə salır. Yalvar-mağına baxmayaraq Alabaş onu buraxmır. Yaltaqlıq və huyləgərlik bu tip insanlara da bir dərsdir. Belə bir mənfi xarakterlə insan tülkü kimi öz sonunu gətirə bilər. Mərdlik, etibarlılıq və sıdaqətlilik isə müsbət keyfiyyətlərdir. İnsanlar bu keyfiyyətlərlə həmişə başıuca , alnıaçıq gəzə bilərlər .
Yazıçının növbəti əsəri "Qocalar evi" adlanır. Əsər-dəki Ağamir obrazı bu günkü cəmiyyətimizdə olan onlarla nankor, valideynlərinə hörmətsizlik edən , onu "Qocalar evi" nə atan insanların ümumiləşdirilmiş surətidir. Ağamir atasına olan mənfi münasibəti səbəbindən yuxuda olarkən ilahi bir qüvvə tərəfindən mənən cəzalandırılır. Atasını bezdirib evindən - eşiyindən didərgin salan Ağamirə ba-xanda həyat yoldaşı yaxşı fikirləri ilə oxucu rəğbəti qazanır.
O, Ağamiri məcbur edir ki, getsin atasını axtarıb tapıb evə gətirsin. İcra nümayəndəliyinin idarəsindən gələn qəfil çağırış Ağamirin təlaşını bir qədər də artırır. İdarə rəhbərinin onu hörmətlə qarşılamasının səbəbi el ağsaqqalı olan Ağamirin atası Dəmir kişiyə olan müna-sibətdən qaynaqlanır .
Məlum olur ki, idarə rəhbəri Dəmir kişini Kəlbəcərə - İstisuya sanatoriyaya göndərib. Atasının sorağıyla ilk dəfə Kəlbəcərə gedib çıxan Ağamir gecmdə olsa atasından bağışlanmasını rica edir. Ata böyüklüyü, valideyn müd-rikliyi burada da titrək əllərin sığalı vasitəsiylə öz qüdrətini göstırir.
Bir tərəfdə ata həsrətiylə yaşayan, ata-dan ötrü burnunun ucu göynəyən oğul, yəni kəndin rəhbəri, digər tərəfdə də həyatda olan atasının varlığını özü üçün darlıq kimi qəbul edən oğul. Çox qəribə təzaddır. Bu əsərin adını müəllif "Xatirələr" kimi də nəzərdə tutmuşdur. Taleyin bəxş etdiyi ömrü vərəqləyən ədəbi qəhrəman uşaqlıq , gənclik illərinin xatirələrinə tərəf boylanır .
Dünəndən bu günə hansı hisslərin , hansı duyğuların yaşam hüququ qazandığı düşüncəsiylə fikirlərini cilalayır. Atalı - analı günlərin xoş ovqatı şirin bir yuxu kimi gözlərində xəyalla - gerçəklik arasında astana rolunu oynayır. Onunla addımlayan acılı - şirinli xatirələr həm də kölgə kimi bir ömür boyu onu izləməkdə davam edir.
Nəhayət, gəlib çatdıq yazıçının "Görüş" ünə. Bu əsər remarka xarakterli adllq cümlələrdən ibarət fikirlərlə başlayır; Xan bağı!... Gənclərin görüş yeri, yaşlıların istirahət məkanı .
Bu bağın yazıçı tərəfindən sözlə bədii təsviri verilir . Əsırin qəhrəmanı yazıçının öz prototipidir. Yaşlı qəhrəman bu bağda keçən gənclik illərini xatırlayır. Bir küncə çəkilib imtahana hazırlaşdığı günlər düşüncəsini məşğul edir. O, təbiətdə və süni ətirlər içərisində bənzərinə rast gəlmədiyi bir ətirin qoxusunu duyur .Bu gözəl ətir gələn ağacın "Alaçəhrə" ağacı olduğunu müəyyənləşdirir. O ətirli ağacın altında gənclik ətri gələn xatirələrinə baş vurur .
Xatirələrin gəlhagəl vaxtında yanında bir qız uşağı ilə qarşıdan gələn xanımın gözlərinin doğmalığı onu gənclik illərinə qaytarır. Xanımın üzündəki xal da onun gümanında yanılmadığının göstəricisidir. Bu xanım həmin qız idi.
Ədəbiyyat dərnəyində onu aradabir qıyğacı baxışlarla süzən qız . Dərnəyin son günündə o qız ona bir kitab da bağışlamışdı . Adı Sevil idi qızın. Hərbi xidmətdə olduğu vaxt Sevillə tez - tez məktublaşdığı xəyalında dolaşır. Sevil son məktubunda yazmışdı: - Məni məcburən başqasına vermək istəyirlər .
Hələ bu günə kimi anlamadığı kinayə dolu bir cavab yazmışdı Sevilə: - Muştuluğuna nə verim? Verillər - get dəə... Sən demə, o iki cümlə ilk məhəbbətin yollarını əbədi olaraq bağlayan vasitəyə çevriləcəkdi. O gündən məktublar və əlaqələr kəsilsə də ürəkdə cücərən ilk məhəbbət hissləri nə kəsilmədi, nə də əksilmədi .
Xəyalların keçmiş dünyasından həqiqətin indiki zamanına qayıdan ədəbi qəhrəman xanımın yanındakı qızdan şəklini telefona çəkməsini xahiş edir. Məlum olur ki , qızın adı Sevildir . Yanındakı xanım onun nənəsidir . Öz adını nəvəsinə qoyubdur . Nəvədəki telefin da nənəyə məxsusdur . O , zəndində yanılmadığı qənaətinə gəlir .
Sevil qaçaraq nənəsinə o əminin onu tanıdığını bildirir . Nənə geri dönərək hələ tanıya bilmədiyi kişidən onu haradan tanıdığı ilə maraqlanır. Yad kişi doğma xatirələri yuxudan oyadaraq nənəni bir anlığa gəncliyə qaytarır. Nənənin uzaq və uzun illərin o başında bu yad kişiyə bağışladığı kitab, kitabın arasında olan şeir parçası o illərdın yadigar qalan maddi sübut kimi isbat olunur .
Yad kişinin sol əlində olan gənclik xatirələrinin işarəsi Kamil və Sevil səslərinin titrəyişinə şahidlik edir. Bu iki yaşlı insanın gənclik illərində qoyub gəldikləri peşmançılıq hissləri baş qaldırsa da, artıq faydası olmayan, lakin dəyəri və qiyməti böyük olan anların əziz bir xatirəsidir. Sevilin qəlbindı dəfn edərək acısından, ağrısından doymadığı, Kamilin qəlbindı solmağa və üşüməyə qoymadığı bu ülvi sevgi sıbəbkarlar qocalsa da hələ də cavan görünür .
Süzülən göz yaşlarına bürünən ilk məhəbbətin əlvidası Sevili günahkar, boynubükük sükut içində xatirələrindən baxan Kamildən bu dəfə də birdəfəlik uzaqlaşdırır .T. Əmrahın oxucu marağına səbəb olan əsərlərindən biru də "Bəzəkli corab" hekayəsidir. Əsərdə həmişə gülərüz olan Yadigarın bikef, göz yaşlarını zorla tutacaq halda evə dönüşü nənəsi Mələyin gözlərin-dən yayınmır. Mələk nənənin sorğu - sualının nəticəsi Yadigara yetim deyilməsinin ağrılı təsirini üzə çıxardır. Məlum olur ki, tut bəhməzi qaynadan Sona arvad Yadigara bəhməz, çörək verəndə yetim uşaqdı deyib .Bu fikrin Yadigarın beynindən çıxmayacağını duyan Mələk arvad nəvəsinə onun anası yox, nənəsi olduğunu deyə bilmir. Məktəbdə əlaçı olan, tərifnamələri dal - dala sıralanan Yadigarı yetimlik nisgili heç cür tərk etmir. Yadigar növbəti dəfə də evə bikef dönür. Uşaqkarın əllərinin təmizliyini yoxlayan sinif rəhbəri Sücaət müəl-limin onun əlində olan təmizlənməyən ləkənin yaranma səbəbini anasından yox, məhz nənəsindən soruşulması tələbi də Yadigarın nisgilinin üstünə bir nisgil də əlavə edir .
Mələk nənə olanları bir - bir nisgil çəkməkdən əhvalı pozulan nəvəsinə danışır. Bir vaxtlar vəzifədə işləyən atası ilə anasının ilk illərdə mehriban dolandıqlarından söhbət açır. Sonra nənə Yadigara bildirir ki, anası sonralar atasıyla yola getmirdi , tez - tez dava - dalaşları çıxırdı . Məlum olur ki, Yadigarın anası o doğulandan sonra uşağı da götürüb gedir atası evinə. Anası atası evində odun sobasını möhkəm qalayıb onu da sobanın böyründə yatızdırıbdır .Qaynar soba isə Yadigarın əlini yandırıbdır . Anasının sonrakı taleyi ilə maraqlanan Yadigara məlum olur ki, bu günə kimi başqasına ərə gedən anası bir dəfə də olsun onunla maraqlanmamışdır.
Universitetə girən Yadigar həyatın qaynar qucağına atılır. İşləmək, halal zəhmətlə çörək qazanmaq istəyir. Xeyirxah insan olan Talıb kişinin köməyi ilə tikinti - inşaat işində fəhləliyə işə qəbul okan Yadigar elə sevinir ki, elə bil onu böyük bir vəzifəyə qoyublar. Fikri-zikri anası tərəfindən toxunaraq bibisi vasitəsiylə ona gön-dərilən yun corabın bir tayının yanında qalan Yadigarın o corabı geyinən xəyalları isinir .
Ağır xəstə olan anasına baş çəkməyə ürəyi yeriməyən Yadugarı ora getməyə atası məcbur edir. Yadugar can üstə olan anasının gözlərində onu körpəlikdən atıb get-məsinin səbəbini tapmağa çalışır. Uzun müddət həsrətini çəkib üzünü görmədiyi oğluna o baxışlarla nəsə deməyə çalışan ana qızına zorla anladır ki, sandıqdakı corabları çıxartsın. Corabları görən Yadigarın sanki zaman gözlə-rində donur. Ayrılığını, nusgilini ilmə - ilmə corablara toxuyan ananın əvızolunmaz hisslərinin tərcümanına çev-rilibmiş bu cansız corablar . Ana sərçənin balalarını pi-şikdən qorumaq üçün göstərdiyi fədəkarlığı görüb dərk edən Yadigar anasına qarşı tutduğu mövqeyin yanlış olduğu qənaətinə gəlir. O, ana sevgisinin əvəzolunmaz bir sevgi olduğunu tam dəqiqliyi ilə anlayır.
Yazıçının oxucu marağına səbəb olan əsərlərindən biri də "Oğluma məktub" hekayəsidir. Hekayə maraqlı bir panorama ilə başlayır. Sayalı qardaşı Kərəmi oğlu olması münasibətilə muştuluqlayır. Bacısının muştuluğuna bir əmlik quzu verən Kərəm oğlunun adını Cəlal qoyur. Cəlalın hər yaşının tamamında bir qurban kəsən Kərəm kişi onu oxudub, toyunu edib ailə sahibi edərək vali-deynlik borcunu layiqincə yerinə yetirir. Sonralar müəy-yən vasitələrlə xaricə üz tutan Cəlal Vətəndə qoyub gəl-diyi ata və anasını tamamilə unudur . Elə bil onun Kərəm adında atası və Yasəmən adında anası yerli - dibli olma-yıbdır. Çobanlıqla , naxırçılıqla Cəlalı böyüdən atanın, yə-ni Kərəm kişinin mükafatı unutqanlıq, biganəlik və la-qeydlik imiş, sən demə .Sağlam cüssəli, nər kimi ata namərd, valideynlərini yaddan çıxardan övladın dərdindən yatağa düşərək şam kimi əriyib dünyasını dəyişir. O, oğul çiyinlərində deyil, yadların çiynində son mənzilə yola salınır. Kərəm kişi dünyadan oğul nisgili ilə köçdü kimi fikirlər Cəlalın anası Yasəmənin dilindən səslənir. Ana da ölüm yatağındadır. Onun da gözləri uzaq yollara dikilib. Bəlkə, möcüzə baş verə, Cəlal qapıdan içəri girə. Oğul nəfisini duyub, oğul ətrini qoxlayıb ondan sonra ana bu dünya ilə vidalaşa. Ananın tək bircə arzusu budur. Ananın yazdırdığı vəsiyyətnamədə Cəlaldan tək bir təvəqqesi var. İşdi şayət qayıdıb gəlsə, onların məzarlarını ziyarət etsin . Gəlişi onlara əyan olsa, bəlkə, onda ata və ananın ruhları bu nankor oğulu bağışlaya. Vəsiyyətnamədə o da qeyd olunub ki, Cəlal belə qayıdıb gəlməsə də valideynləri onu çox sevirdi . Çox ibrətamiz və təsirli hekayədir.
Tofiq Əmrahın "Ömür yolu" hekayəsində də oxucu-nu düşündürən, onu fikirləşməyə, nəticə çıxartmağa sövq edən məqamlar çoxdur. Əsərin qəhrəmanı olan Əsgər bahar fəslinin xoş günlərinin birində xəyalən keçmiş cəbhə günlərinə səyahət edir. Həyətdə oynaşan uşaqlar öz aləmlərində idilər. Əsgər də öz dünyasına dalmışdı. II Qarabağ müharibəsində Todan döyüşləri, Gülüstan uğrunda gedən ölüm-dirim savaşı onun yaddaşını qurdalayırdı.
Ağdərənin, Füzulinin, Şuşanın düşməndən təmizlənməsi əməliyyatları kino menti kimi xəyalında dolanlrdı. Onu daha çox düşündürən bir mıqam idi. Tuğda əsgər yoldaşının ağır yaralanması və şəhid olma anında ona etdiyi vəsiyyət düşüncəsində ildırım kimi çaxırdı. "Əsgər, sağ qalsan bizim kəndə gedərsən, mənim atama, anama baş çəkərsən. O körpə oğlumun üzündən öpərsən, başını sığallayarsan, atan sənin azadlığın, xoşbəxt yaşaman üçün canından keçdi , şəhid oldu deyərsən".
Döyüş səhnələrinin heç biri Əsgərin yadından çıx-mırdı. Sıldırım Şuşa qayalarını necə dırmaşıb çıxmalarını , düşmənlə küçə - küçə, ev - ev döyüşmələrini və elə orada da yaralanmasını, döyüşçü yoldaşının onu necə çətinliklə odun, alovun içərisindən çıxartmasını çox yaxşı xatırla-yırdı Əsgər.
Bu onun ömrünün elə bir şərəfli məqamları idi ki , onu ömrü boyu heç cür unutmaq mümkün deyildir. Əsgər o hadisələri xatırlayıb, şəhid olan əsgər yoldaşlarını yadına salıb uşaq kimi ağlamaq istəyirdi. Lakin uşaqlardan utanıb özünü güclə saxlayırdı. Əsgər bu fikirlərlə uğraşırkən Cəsur adlı bir uşaq ona yaxınlaşaraq gözünün birinin və ayağının birinin niyə olmaması ilə maraqlanır. Əsgər uşağa bildirir ki, onları cəbhədə itiribdir. Cəsur uşaq fəhmi ilə bildirir ki, böyüyəndə onları tapıb gətirəcəkdir. Uşaqlarla yenidən oyuna qayıdan Cəsurun arxasınca baxan Əsgər öz ağıllı uşaqlığını xatırlayır.
Atasının: "O bizdən də ağıllıdır" - deməsi yadına düşür. Bu düşüncə-lərlə qonşusu Səlimlə rastlaşır. Hal-əhval əsnasında gözünü və ayağını itirməsi səbəbindın işləyə bilməmə-sindən gileylənir. Əsgərə Səlimin cavabı: "o vaxt sənə dedim axı, gəl mənimlə gedək rusetə. Getmədin, dexin yox, mən torpaq qoruyacağam, düşmən qovacağam. Bax, bu da sənin qazancın".
Süni əngəllər səbəbindən ona verilən əlillik təqaüdü-nün kəsilməsi də Əsgəri haldan - hala salır . Bəzi məmurlar tərəfindən müharibə veteranlarına , qazilırinə qarşı olan diqqətsizlik, hörmətsizlik Əsgərin əsəblərinə toxunur. Səlimlə söhbəti əsnasında oğlu Azər gəlib atasına bildirir ki, marketdən satıcı nisyə ərzaq vermir. Deyir: "borcunuz çoxdur. Atanın da pensiyası kəsilib . Pulu nə ilə ödəyəcəksiniz?" Bu sözlərdən əsəbiləşib yıxılan Əsgərin halı dəyişir, Səlim təcili yardım çağırmaq məcburiyyə-tində qalır. Yazıçının bu hekayəsində də xalqımızın yaxın keçmişdə olan şərəfli mübarizəsinin iştirakçılarından biri-nin ömür yolu işıqlandırılıbdır . Cəmiyyətimizdə olan na-qisliklər, nöqsanlar da ustalıqla qələmə alınmışdır. Bu kitabda yazıçının publisistik yazıları da yer almışdır. T. Əmrahın "Kəşf etdiyim şair, nasir" publisistik yazısı respublikada kifayət qədər tanınan şair - publisist, nasir, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı İmam Cəmilliyə həsr edilmişdir. Onun təvəzökar , həyatdan gələn bir söz adamı olduğu vurğulanır . Silahını sonradan qələmlə əvəz edən İmam Cəmillinin müharibədən sonra da söz cəbhəsində , şeir səngərində vuruşduğu , bir dost kimi sədaqətli insan , etibarlı surdaş olduğu fikri bu yazıda öz əksini tapmışdır .
Tofiq Əmrahın bu "Görüş" ünü inanıram ki, oxucular çox maraqla qarşılayacaqlar. Kitabın müəllifinə can sağ-lığı və yeni - yeni kitablarla görüşə gəlmək arzulayıram.
İlham İnam
yazıçı-pedaqoq
Azərbaycan Yazıçılar Birliyinin üzvü