manera.az
manera.az

Gəlin tanış olaq, Tofiq Abdinəm - Xosrov Natil yazır

Gəlin tanış olaq, Tofiq Abdinəm - Xosrov Natil yazır
Əvvəl imzasını sevmişdim - Qədir Rüstəmov haqqında ilk yazısını "Qobustan"da oxumuşdum.

Yazısını oxuduğumdan yana, səsini də sevmişdim - birinci mərtəbədən bilinirdi işdə olmağı - səsi elə şirin, elə bənzərsiz idi, ətrafı doyuzdururdu.

Səhifəsini də sevmişdim - "Ədalət"də və "525-ci qəzet"də. Hətta şəklini də sevmişdim. Sonralar sosial şəbəkələrin birində "Tofiq Abdin getdikcə atama oxşayır" yazmışdım (bəlkə yaşlandıqca insanlar biri-birinə daha çox cizgilərlə bənzəyir).

İlk görüşümüz Arazboyunda, Zəngilanda - Səməd Behrəngi adına təşkil edilmiş tədbirdə olub. O vaxtlar sovxoz direktoru idim və təsərrüfat rəhbəri kimi qonşu kəndin orta məktəbində təşkil olunmuş tədbirə dəvət olunmuşdum. Tədbirdə sevimli şairimiz Eldar Baxış, Tofiq Abdin və başqa yazar qonaqlar da vardı.

Həyat tərzimiz dəyişəndən, Zəngilan rayonu işğal olduqdan sonra 2 kitabını alıb oxudum və bəzi qeydlərimi 10 ildən sonra gün işığına çıxarmağa qərar verdim. Bu yerdə "Şəhərimiz ayaq açır" ktabındakı qeydlərimdən bəzi məqamları təqdim etmək istəyirəm. Kitab 1991-ci ilin çap məhsuludur, ön sözün müəllifi Xalq yazıçısı Fikrət Qocadır.

Qeydlərimdə Osman Sarıvəlliyə yazdığı şerdən bu parçanı vermişdim:

Yasımızda yaslıq qalmayıb,
toyumuzda toyluq.
Ağır-ağır yox oluruq,
Osman əmi, yox oluruq.




Dostlarımız, tanışlarımız
yaşıl budaq kimi budanır
ölümün baltasıyla.
Küsülü adamlar kimi
barışa bilmirik dostlarımızın yasıyla.

"Biz hələ qocala bilərik bir az" şeirindəndir. Şair rahatsızlığı bu şeirlərdə beləcə ifadə olunub - ölümün adiləşdiyinin, toylarımızın urvatsızlaşdığının fərqindədir.

Tofiq abi dost-tanışların yaşıl budaq ikən, çox erkən ölüm baltasıyla budanmasına və qocalmadan həyatdan getməsinə laqeyd qala bilməzdi. Vaxtsız dünyadan köçən dostların yoxluğu ilə, ölümləri ilə barışmadı. Ölüm qoxusunu hər zaman soyuq silah kimi üstündə gəzdirməsi bəzən qınağa səbəb olsa da.

Tofiq Abdın kim idi?..

Özünün cavabı beləydi - bəlkə də, bir gün hamı kim özünün də dünyadan gedəcəyini, dünyanın faniliyini diktə edərək şəstlə deyirdi: "Gəlin tanış olaq, Tofiq Abdinəm":

Döydüm bir qapını, dedim ki, mənəm -
Gəlin tanış olaq, Tofiq Abdinəm.
Bəzən qoymadılar danışam, dinəm -
Gəlin tanış olaq Tofiq Abdinəm.

Köhnə tanışlarçün mən ki dünənəm,
Bu gözəl dünyadan köçüb gedənəm,
Gəlin tanış olaq, Tofiq Abdinəm.

Və "dünyanın ən xoşbəxt insanı mənəm". deyən də O idi - bu dəfə xoşbəxtlik qoxusunun daşıyıcısı idi Tofiq abi...

... Bu saat yerimir-yerimir, Allah. Çox adi bir həqiqət: zaman gecikir, vaxt ötmür. O zaman nəyin intizarında olursansa, gözləmək limitin tükənir, amma neyləyək ki gözləməyə - zamana və onun ağır ləngərinə məhkumuq.

"Qayıdan deyilsiz" şeirində dostların səmiyyətinə inanmır deyəsən. Biri elə özümüz - hara qayıdırıq. "Kəndə qayıtmaqdan az yazın, dostlar" - deyir, onları səmimi olmağa, səmimi yazmağa çağırır:

Tale növbəsində dayanan kimi
Durmuşuq növbəyə - zəhərlənməyə...
Hərdənbir içməyə dəyərmiş demə.

Yaxud

Bir aylıq maaşım boydadı
bəlkə bu yol - evimdən şəhərəcən.
Az-çox şeirlərim çap olunanda
sual verirsiniz, bu nə deməkdi?!
Ürəyim ağrıyır inanın onda,
şeir mənim üçün sudu, çörəkdi!..

Tofiq Abdin rəsmi terminlərdən, rəsmi şifrələrdən istifadə etdiyi zaman da sərbəst idi və bu sərbəstlik, azadlıq onun canında idi:

Bir dəli sevdaya tutulaydım kaş,
İçimin Kərəmi, Məcnunu əskik
İçimin azadlıq qanunu əskik!..

Türkiyəyə - konsulluğa rəsmi işə gedəndə də onun üçün azadlıq qanunu mövcud idi.

Bir dost-tanışdan ədalətsizlik, sayğısızlıq görəndə inciyirdi Tofiq abi. Üz-üzə gəlmək istəmədiyi bir çox dostları vardı, onun səmimi fikirlərinə siyasi məna verənlər də yox deyildi, amma abi kimi qarşılayırdı bu deyilənləri. Böyüklük Tofiq abinin xarakterində idi.

Tofiq Abdin hər zaman qalib oldu. Mətin insan idi - onu nə bir ehtiyac, nə bir sayğısızlıq sındıra bildi.

Hər zaman özünü yazır, özünü ifadə edirdi və hər nə yazsa, çox səmimi olurdu. Gələcək ümidsizliyinin də it-bata düşəcəyini əlinin içi kimi bilirdi:

İndi görürəm ki, gələcəyim də
Bugünkü yoxluğun içində bitib.


Onun gəlişini doğulduğu məkanın başbilənləri hiss etməzdilər, nə görüşər, nə bir tədbir düzənlərdilər, eynən Bakı kimi - nə 50-də, nə 60-da, nə də 70-də doğum gününü keçirmədilər.

Qayıtsaq, o yer də tanımaz bizi,
Yaxşı ki, bu şəhər tanımır bizi -
Gəl tanış olaq, Bakı.


Amma Bakısı da, Şəkisi də, Qarabağı da Tofiq Abdinlə çoxdan tanış idi - hələ "Qobustan"da ikən.

T.Abdinin kitablarından birində bölümlərdən biri "Yaş yandırır gözümüzü" adlanır:

Dəniz gəmilərsiz dəniz deyilsə,
İçmiz-çölümüz təmiz deyilsə,
Bizə ölənlər də əziz deyilsə,
incimə bizdən,
Şair Əli, vaxtmı tapdın ölməyə?!.


Müəllifin "Bayatı rəngli mart" şeirindəki:

Öyrəndik hər itkini
Təsəlliylə yumağı -


misraları onun Əli Kərimə olan sevgisindən xəbər verirdi və bu vaxtsız ölümə:

Ağlaya bilmirik,
Yaş yandırır gözümüzü -
deyirdi.

T.Abdin M.Lermontova həsr etdiyi şeirində də bənzər həyat həqiqətlərini dilə gətirirdi:

Analar da oğlunu bu yaşda çox istəyir,
Kiməsə, hardasa "gəlinim" deyir.

və yaxud:

Orda mənsiz ölür doğma adamlar -

deyərək uzaq ellərdə yanıb yaxılanda da təbii və özündə-sözündə idi Tofiq abi.

Bir qız sevməliydim, sevdim almadım,
Yaxşıya-yamana çəkildi adım.
Məndən üz çevirdi qohumum, yadım,
Məni məhv elədi şair inadım.
Sevdim, sevə-sevə şeir yazmadım,
İtirdim, itkiyə şeir yazmadım,
Bəs, onda mən niyə şeir yazmadım? -


T.Abdinin bu şeiri, bəlkə də, eyni taleni yaşayan şairlərə aiddir, bəlkə "Eləmədiklərim yandırır məni" - deyən Xalq şairi Musa Yaquba da aiddir, "Məndən böyük şair olarmı?!" - deyən Eldar Baxışa, qürbətçi Məmməd İsmayıla aiddir, bəlkə də, çoxumuza aiddir: "Bəs, onda mən niyə şeir yazmadım?..

Sübh zamanından - sübh əzanından yazılar yazan Tofiq Abdin!.. Bilmirəm, nə üçünsə "Tofiq" adı mənə həmiş xoş təsir bağışlayıb, amma ətrafımda heç bu adda dostum olduğunu da xatırlamıram. Bəlkə də, bu adı mənə sevdirən "Tofiq"in yanında olan "Abdin"dir, bilmirəm... Bəlkə, bir az da torpaq yaxınlığıdır - Allah bilən məsləhətdir.../525.az/

Xosrov NATİL
Gəlin tanış olaq, Tofiq Abdinəm - Xosrov Natil yazırБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930