manera.az
manera.az

Xalq şairlərinin kitablarının təqdimatı olacaq

📅 22.05.2025 16:21

Xalq şairlərinin kitablarının təqdimatı olacaq
Mayın 24-də “Qanun” nəşriyyatında Xalq şairi Rəsul Rzanın yeni çapdan çıxmış “Azərbaycan poeziyası. Seçmə şeirlər” kitabının təqdimatı keçiriləcək.

MANERA.AZ xəbər verir ki, nəşriyyatın Azərbaycan ədəbiyyatı redaksiyası tərəfindən “Azərbaycan poeziyası. Seçmə şeirlər” layihəsi çərçivəsində işıq üzü görən kitab şairin 115 illik yubileyinə həsr olunub.

Kitabın “Ön söz” müəllifi, filologiya elmləri doktoru Cavanşir Yusiflidir.

Tədbirdə Xalq şairi Nigar Rəfibəylinin eyni seriyadan bir az əvvəl işıq üzü görmüş kitabı da oxucuları təqdim ediləcək.

Xatırladaq ki, “Qanun” nəşriyyatı “Azərbaycan poeziyası. Seçmə şeirlər” seriyasından Füzuli, Xətai, Vaqif, Vidadi, Məhəmməd Hadi, Əhməd Cavad, Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Cabir Novruz, Nəbi Xəzri, Məmməd Aslan, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub kimi görkəmli Azərbaycan şairlərinin kitablarını çap edib.

Növbəti mərhələdə digər görkəmli şairlərin kitablarının nəşri nəzərdə tutulur.


Baxış sayı - 331 | Yüklənmə tarixi: 22.05.2025 16:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930