manera.az
manera.az

Bakıda bu həftə hansı mədəni tədbirlər olacaq? - AFİŞA

📅 15.07.2024 14:12

Bakıda bu həftə hansı mədəni tədbirlər olacaq? - AFİŞA
Yaxın günlərdə paytaxt sakinləri və qonaqların asudə vaxtlarını səmərəli keçirə biləcəkləri mədəni tədbirləri bir siyahıya topladıq.

MANERA.AZ-ın təqdim etdiyi afişada iyulun 15-dən 21-dək Bakıda keçiriləcək tamaşalar, konsertlər və digər tədbirlər yer alıb.

16 iyul

"Hayal Kahvesi"ndə saat 20:00-da "Instrumental jazz duet" adlı gecə keçiriləcək.

Gecədə Nicat Aslanov və İsmayıl Zülfüqarov çıxış edəcəklər.

Biletin qiyməti: 7 manat.

17 iyul

Şuşa Dövlət Musiqili Dram Teatrında saat 11:00-da "Karlsonun macəraları" adlı tamaşa nümayiş olunacaq.

Biletin qiyməti: 7-8 manat.

18 iyul

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da "Paris Notr-Dama ithaf" adlı tamaşa nümayiş olunacaq.

"Paris Notr-Dama ithaf" tamaşası böyük fransız yazıçısı Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" romanının motivləri əsasında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru Samir Qulamovdur.

Biletin qiyməti: 8-15 manat.

19 iyul

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da "O olmasın, bu olsun" tamaşası göstəriləcək.

Müəllifi Üzeyir Hacıbəyli olan musiqili komediyanın quruluşçu dirijoru Nazim Hacıəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədov, baş Dirijoru Fəxrəddin Atayevdir.

Biletin qiyməti: 7-12 manat.

20 iyul

"M-Teatr"da saat 19:00-da "İnsti̇nkt" adlı tamaşa nümayiş olunacaq.

Biletin qiyməti: 10-20 manat.

"Dalga Beach"də saat 21:00-da Xalq artisti Röyanın konserti olacaq.

Biletin qiyməti: 20-250 manat.

21 iyul

Şuşa Dövlət Musiqili Dram Teatrında saat 19:00-da "Dağılan tifaq" adlı tamaşa oynanılacaq.

Biletin qiyməti: 7-8 manat.

"M-Teatr"da saat 19:00-da "Yad qadının məktubu" adlı tamaşa nümayiş olunacaq.

Biletin qiyməti: 10-20 manat.

Xanım Aydın
oxu.az


Baxış sayı - 348 | Yüklənmə tarixi: 15.07.2024 14:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031