manera.az
manera.az

BDU-da yeni ixtisaslar açılacaq

📅 14.06.2024 17:01

BDU-da yeni ixtisaslar açılacaq
2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetində (BDU) bakalavriatura və magistratura səviyyələrində yeni ixtisas və ixtisaslaşmalar açılacaq.

BDU-dan MANERA.AZ-a verilən məlumata görə, yeni tədris ilindən etibarən BDU-da bakalavriatura səviyyəsində “Ekologiya mühəndisliyi” ixtisası üzrə ilk dəfə olaraq kadr hazırlığına başlanılacaq.

Magistratura səviyyəsində isə 7 yeni ixtisaslaşma açılacaq. Bunlar “Korreksiyaedici təlimin metodika və metodologiyası”, “Ölkəşünaslıq (Qazaxıstan üzrə)”, “Ölkəşünaslıq (Özbəkistan üzrə)”, “Ərzaq məhsullarının ekspertizası və marketinqi”, “Şəhər kadastrı”, “Akvabitkilər”, “Mədəniyyət hüququ” ixtisaslaşmalarıdır.


Baxış sayı - 441 | Yüklənmə tarixi: 14.06.2024 17:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031