Nazir onu idarə rəisi təyin etdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub.
Nazirlikdən MANERA.AZ-a verilən məlumata görə, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
Qeyd edək ki, 43 yaşlı Vasif Zahid oğlu Qurbanzadə tarix ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
2016-cı ildən “Osmanlı divan ədəbiyyatı”, “Sufilik”, “Erməni məsələsi”, “Xudu Məmmədovun həyat və fəaliyyəti”, “Şahmar Əkbərzadənin həyat və fəaliyyəti” mövzularında elmi araşdırmalar aparıb.
Ümumilikdə 7 kitab müəllifi olan V.Qurbanzadənin “2914 – Biz sülh istəyirdik” kitabı 44 günlük Vətən müharibəsi zamanı müəllifin ön cəbhədə şahid olduğu və siyasi arenada baş verən hadisələrdən bəhs edir.