manera.az
manera.az

Cəfər Cabbarlının pyesi əsasında serial çəkildi

📅 19.01.2024 13:10

Cəfər Cabbarlının pyesi əsasında serial çəkildi
Görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlının “Almaz” pyesinin motivləri əsasında serial çəkilib.

MANERA.AZ xəbər verir ki, çəkilişlər Daşkəsən rayonunun Bayan kəndində və Şamaxıda aparılıb.

Serialın əsas qəhrəmanı Almazdır. O, şəhərdən ucqar kənd məktəbinə təyinat alır.

Kəndə gələn Almaz dərs dediyi məktəbdəki qanunsuzluqlarla, özbaşınalıqlarla və qadın hüquqları uğrunda mübarizə aparır.

Filmin prodüseri Sevinc Əliyeva, rejissoru Elvin Rüstəmzadə, opetatory Vasif Vləizadə, əsas rolların ifaçıları: Günəş Mehdizadə, Qurban İsmayılov, Şamil Süleymanlı, Şövqi Hüseynovdur.

SNF şirkətinin istehsalı olan 12 seriyalı “Vətəndaş “A”” İctimai televiziyada nümayiş olunacaq.


Baxış sayı - 411 | Yüklənmə tarixi: 19.01.2024 13:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031