manera.az
manera.az

Bağça müdiri vəzifəsinə sənəd qəbulu başlayıb

📅 14.12.2023 08:26

Bağça müdiri vəzifəsinə sənəd qəbulu başlayıb
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti elektron sənəd qəbulu mərhələsinə start verilir.

İnsan Resursları Mərkəzindən MANERA.AZ-a məlumat verilib.

Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 14-21 dekabr tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 14 dekabr saat 11:00-dan 21 dekabr saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.


Baxış sayı - 338 | Yüklənmə tarixi: 14.12.2023 08:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031