manera.az
manera.az

"Rəngbərəng" adlı rəsm sərgisi keçiriləcək MANERA.AZ

📅 24.12.2015 12:00

 "Rəngbərəng" adlı rəsm sərgisi keçiriləcək MANERA.AZ

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində "Bacarıqlı Əllər" adlı rəsm dərnəyi fəaliyyət göstərir.

Burada gənc rəssamlar sənətin incəlikləri ilə tanış olur, daima gözəllik axtarışında olur,uşaq yaşlarından artıq rənglərin xarakterləri ilə tanış olurlar.

Yeni yaradıcılıq meylləri artır, təbiətlə ünsiyyətdə olur, virtual həyatdan ayrılıb reallığa qayıdırlar. Qrupda uşaqlar rəngkarlığın müxtəlif çalarları: qrafika, rəngli boya, sulu boya, yağlı boya, rəngli karandaş, qarışıq texnika, vitraj və s. texnikası üzrə inkişaf etdirilirlər.

Kollektivdə 4 yaşından 18 yaşınadək uşaqlar fəaliyyət göstərir.

25 dekabr, saat 18:00-da "Meqafun" ailəvi istirahət və əyləncə mərkəzində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəsm dərnəyinin "Rəngbərəng" adlı rəsm sərgisi keçiriləcək.

Sərgidə müxtəlif yaşlı uşaqların əsərləri sərgilənəcək.


Baxış sayı - 3 216 | Yüklənmə tarixi: 24.12.2015 12:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031