manera.az
manera.az

Kolleclərə qəbul olunanların qeydiyyatı başlayıb

📅 09.09.2023 08:46

Kolleclərə qəbul olunanların qeydiyyatı başlayıb
Sentyabrın 8-i 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.

Bu barədə MANERA.AZ-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Qəbul olunmuş şəxslər //portal.edu.az/ sistemində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyat 13 sentyabr saat 18:00-da başa çatacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.


Baxış sayı - 316 | Yüklənmə tarixi: 09.09.2023 08:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930