manera.az
manera.az

Vüsalın hər kəsə səadət, Şuşa! - Səməd Vurğun

Vüsalın hər kəsə səadət, Şuşa! - Səməd Vurğun
MANERA.AZ Xalq şairi Səməd Vurğunun Şuşa şeirlərini təqdim edir:

Şuşa

Qoynuna girməyə qalmışdır bir az,
Könül fərəhlənib eylədi pərvaz.
Ölməyib görəydim seyrini hər yaz,
Səndə vardır başqa lətafət, Şuşa!

Dağlarından qopar havalı yellər,
Ah, o sərin yellər, səfalı yerlər.
Dağıdıb huşumu divanə eylər,
Vüsalın hər kəsə səadət, Şuşa!

Xırdaca-xırdaca yağışın yağar,
Çən-çisək içindən günəşin doğar,
Bir ağız bir bulaq suyunu içər,
Eyləyirsən yenə qiyamət, Şuşa!

Bir əcəb gülşəndir torpağın, daşın,
Dumanlı dağlardır həyat yoldaşın.
Bir ağrı gördümü ömründə başın,
Ey fitrən xəlq olmuş təbabət, Şuşa!

Şuşa

Naləli bir fəryad qalxdı göylərə,
Bu Bülbül səsiydi, Cabbar səsiydi.
Bağrı qan olmuşdu Şuşanın bugün,
Bu səs anaların ah-naləsiydi.

Gözündən qan yaşlar tökdü torpağım,
Köksünə dəymişdi düşmən ayağı.
Natəvan dözmürdü daşların altda,
Dünyaya düşmüşdü onun harayı.

Xan baba, Seyid də nalə çəkirdi,
Güllələr torpağı dəlib deşirdi.
Çöldə tənha qalan Xarı bülbülü,
Düşmən ayaqlayıb basıb keçirdi.

İntiqam hissiylə coşurdu Şuşa,
Bu döyüş deyildi, adi tamaşa.
Düşmənin qurduğu hiylə torunda,
Son dəfə canını tapşırdı Şuşa.

Əsrlər şahidi olan qalalar,
Görmüşdü çox böyük belə bəlalar.
Bu bəla bəlanın dəhşətlisiydi,
Bu Azərbaycanın faciəsiydi.

Əymə sən başını, başımın tacı,
Nəhayət tapılar dərdin əlacı.
Ər-aslan oğullar ayağa qalxar,
Ayaqlar altında qalan bayrağı,
Şuşa qalasının başına taxar.

Sən azad olarsan qəmdən, kədərdən,
Bağlı qapıların açılar birdən.
Açılar qaralmış Günəşin üzü,
Onda bayram edər bütün Yer üzü!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI