manera.az
manera.az

Tələbə təqaüdləri 20% artırılacaq - Nazirdən açıqlama

📅 04.11.2022 17:36

Tələbə təqaüdləri 20% artırılacaq - Nazirdən açıqlama
Tələbə təqaüdləri gələn ilin yanvar ayından 20% artırılacaq.

MANERA.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında 2023-cü ilin büdcə müzakirələri zaman deyib.

"Daha sonra minumum pensiyaların artırılması bizim diqqətimizdədir. Bununla bağlı işlərimiz davam edəcək. Müharibə əlillərinin mənzillə təmin edilməsinə gəldikdə isə 4 min şəxs mənzillə təmin edilib", - deyə Sahil Babayev vurğulayıb.

Nazir çıxışı zamanı müharibə iştirakçılarının işsizlik statusuna da toxunub: "İşsizlik statusu alan hər bir müharibə əlili ilk olaraq müvafiq işlərə dəvət olunur. Bu proqramın davam etdirilməsi üçün işlər görülür".


Baxış sayı - 302 | Yüklənmə tarixi: 04.11.2022 17:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930