manera.az
manera.az

Musiqi müəllimləri attestasiyadan keçiriləcək

📅 14.10.2022 11:57

Musiqi müəllimləri attestasiyadan keçiriləcək
"Musiqi və incəsənət məktəblərində dərs deyən müəllimlərin attestasiyası aparılacaq".

MANERA.AZ xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, şagirdlərin musiqi və incəsənət məktəblərinə qəbulu sistemi ilə bağlı hazırlıqlar aparılır: "Eyni zamanda, hazırda musiqi və incəsənət məktəblərində dərs deyən müəllimlərin attestasiyası aparılacaq. Bu proses iki mərhələdən ibarət olacaq. Bu ilin sonuna kimi birinci mərhələnin keçirilməsi planlaşdırılır. Bununla da bir neçə ildən sonra musiqi məktəblərində peşəkar müəllimlər fəaliyyət göstərəcəklər".


Baxış sayı - 529 | Yüklənmə tarixi: 14.10.2022 11:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930