manera.az
manera.az

Xurşidbanu Natəvanın əl işi olan köynək bərpa edilir - FOTO

📅 21.07.2022 17:13

Xurşidbanu Natəvanın əl işi olan köynək bərpa edilir - FOTO
“Xan qızı” adı ilə tanınan Xurşidbanu Natəvanın Milli Azərbaycan Tarixi Muzeyində qorunan əl işlərindən biri olan köynək bərpa edilir.

Bu barədə MANERA.AZ-a Milli Tarix Muzeyindən məlumat verilib.

Qarabağ incilərindən olan eksponatın tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq, bərpa və konservasiya işləri zamanı eksponatın heç bir hissəsi demontaj edilmədən aparılacaq. Belə bir üsul bərpanı yetərincə çətinləşdirsə də, Xurşidbanu Natəvanın əl işinin tam orijinallığını qoruyacaq. Bərpa və konservasiya işləri yekunlaşdıqdan sonra eksponat ictimaiyyətə təqdim ediləcək.

Xatırladaq ki, eksponatın konservasiya və bərpa işləri muzeyin tekstil üzrə bərpaçı-rəssamı Nuridə Hüseynova tərəfindən icra olunur.

Xurşidbanu Natəvanın əl işi olan köynək bərpa edilir - FOTO
Xurşidbanu Natəvanın əl işi olan köynək bərpa edilir - FOTO


Baxış sayı - 477 | Yüklənmə tarixi: 21.07.2022 17:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031