manera.az
manera.az

Azərbaycanda jurnalistika ixtisası üzrə - YENİLİK

📅 25.08.2022 17:45

Azərbaycanda jurnalistika ixtisası üzrə - YENİLİK
Azərbaycanda jurnalistika ixtisası üzrə magistr təhsili almaq mümkün olacaq.

MANERA.AZ xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd olunub ki, hazırda ölkədə müxtəlif sahələr üzrə əsaslı biliklərə, bacarıq və səriştələrə malik olan, daha dərin təhlillər aparmağı bacaran jurnalistlərə olan tələbatı ödəmək məqsədilə magistratura səviyyəsində jurnalistika ixtisaslaşmasının açılmasına ehtiyac duyulur.

Bununla əlaqədar Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə ali təhsilin magistratura səviyyəsi üzrə mövcud ixtisaslaşmaların siyahısına “Jurnalistika” ixtisaslaşması əlavə edilib.


Baxış sayı - 453 | Yüklənmə tarixi: 25.08.2022 17:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031