manera.az
manera.az

“Şuşa mədəniyyətinin inciləri” - Yeni layihə

📅 26.01.2022 11:35

“Şuşa mədəniyyətinin inciləri” - Yeni layihə
Mədəniyyət Nazirliyi qədim şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə start verir.

Nazirlikdən MANERA.AZ-a verilən məlumata görə, Şuşanın zəngin mədəniyyətini daha geniş əhatə etmək üçün layihə yeddi bölmədən ibarət olacaq.

Bura “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu” daxildir.

Layihə çərçivəsində hazırlanan məlumatların internet məkanında, o cümlədən sosial media hesablarında yayımlanması nəzərdə tutulur. Təbliğat materialları ilkin olaraq Mədəniyyət Nazirliyinin rəsmi “Facebook”, “İnstagram” və “Twitter” səhifələrində yayımlanacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il ölkədə “Şuşa İli” elan olunub.

“Şuşa mədəniyyətinin inciləri” - Yeni layihə


Baxış sayı - 704 | Yüklənmə tarixi: 26.01.2022 11:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031