manera.az
manera.az

"Şuşa, sən azadsan!” filmi təqdim olunacaq

📅 02.11.2021 15:28

"Şuşa, sən azadsan!” filmi təqdim olunacaq
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər Günü ərəfəsində geniş auditoriyaya təqdim olunacaq.

Mədəniyyət Nazirliyindən Manera.az-a bildirilib ki, müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın diqqətçəkici məqamları izləyicilərə ilk dəfə bu filmdə təqdim ediləcək.

Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman “Xüsusi təyinatlılar”ımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.

“Şuşa, sən azadsan!” filminin rejissoru Cavidan Şərifov, prodüserləri Nazim Hüseynov və Orman Əliyevdir.


Baxış sayı - 839 | Yüklənmə tarixi: 02.11.2021 15:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930