manera.az
manera.az

Gənc teatr xadimləri ilə görüş keçirilib - Fotolar

Gənc teatr xadimləri ilə görüş keçirilib - Fotolar
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev gənc teatr xadimləri ilə görüşüb.

Mədəniyyət Nazirliyindən MANERA.AZ-a bildiriblər ki, görüş Azərbaycan Teatr Xadimləri İttifaqında keçirilib.

Binada fəaliyyət göstərən laboratoriyalara, Mustafa Mərdanov səhnəsinə baxış keçirən Elnur Əliyev Bakıda fəaliyyət göstərən özəl və dövlət teatrlarında çalışan gənc teatr sənətçilərini bir arada görməkdən məmnunluq duyduğunu vurğulayıb.

Mədəniyyət Nazirliyi olaraq, mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə aparılan islahatlardan danışıb. Mədəniyyət sahəsinin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə cavab verən və insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulması üçün yaradıcı gənclərin dəstəyinə ehtiyac duyulduğunu bildirib.

O, həmçinin teatr sənətçilərinin intellektual potensialını, ixtisas bacarıqlarını inkişaf etdirmək üçün Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən silsilə tədbirlərin, ustad dərslərinin vacibliyini, əhəmiyyətini diqqətə çatdırıb.

Gəncləri prosesdə aktiv iştirak etməyə səsləyən E.Əliyev daha sonra sözü gənclərə verib, onların fikirlərini dinləyib.

Gənc teatr aktyorları, rejissorlar və teatrşünaslar Azərbaycan teatrının bugünkü vəziyyəti barədə fikirlərini bölüşüblər. Onlar teatrın inkişaf etməsi, qlobal arenaya çıxması və yeni ideyalara açıq olması barədə arzu və təkliflərini nazirliyin nümayəndələrinə təqdim ediblər.

Görüşün sonunda mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev iştirakçılara işlərində uğurlar arzulayıb.

Gənc teatr xadimləri ilə görüş keçirilib - Fotolar
Gənc teatr xadimləri ilə görüş keçirilib - Fotolar
Gənc teatr xadimləri ilə görüş keçirilib - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930