manera.az
manera.az

“Bütün yollar Şuşaya aparır” kitabı təqdim olundu - FOTOLAR

“Bütün yollar Şuşaya aparır” kitabı təqdim olundu - FOTOLAR
Noyabrın 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “Bütün yollar Şuşaya aparır” kitabının təqdimat mərasimi keçirilib.

Manera.az xəbər verir ki, kitabda Vaqif Poeziya Günlərindəki çıxışlar, oxunan şeirlər, həmçinin həmin günlər barədə yazılan məqalələr, reportajlar, poetik təəssüratlar toplanıb.

Aparıcısı Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid olan tədbirdə qurumun rəhbəri Xalq yazıçısı Anar çıxış edərək kitabla bağlı təəssüratlarını bölüşüb.

Zəfər bayramından sonra ilk dəfə belə tədbirdə iştirak etdiyini deyən Anar hamını bu Zəfər bayramı münasibətilə bir daha təbrik edib: “Bilirsiniz ki, bura Natəvan klubudur, mən hesab edirəm ki, Natəvanın bu gün ruhu şaddır, ona görə ki, bu gün Şuşa azaddır”.

Xalq şairi Nəriman Həsənzadə çıxış edərək deyib: “Mənə 1982-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılış mərasimində iştirak etmək nəsib olub. Təntənəli mərasimdə o vaxt Ulu Öndər açılışa ailə üzvləri ilə bərabər mədəniyyət və incəsənət xadimlərinin böyük bir qrupunu da aparmışdı. 39 il sonra Ulu Öndərin layiqli varisi, Prezident İlham Əliyev qalib sərkərdə kimi Şuşaya səfər etdi. Həmin görüntüləri izləyəndə çox kövrəldim. Açılış tədbirini bir daha xatırladım, sanki o günü yenidən yaşadım. Biz bu dəqiqə qalib xalqın ruhunda danışırıq. Cənab Prezidentimiz həmişə bizim yanımızdadır, bizdə onun yanındayıq. Mən bu kitabda əməyi keçən hər kəsə təşəkkür edirəm”.

Çıxış edən digər şəxslər kitabın məziyyətlərindən danışıb, bu işdə zəhməti olan hər kəsə minnətdarlıq ediblər.

Qeyd edək ki, kitab Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxış nitqi ilə açılır.

“aybKitab” layihəsinin nəşri olan kitabın redaktoru və “Ön söz” müəllifi AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylidir.

“Bütün yollar Şuşaya aparır” kitabı təqdim olundu - FOTOLAR
“Bütün yollar Şuşaya aparır” kitabı təqdim olundu - FOTOLAR
“Bütün yollar Şuşaya aparır” kitabı təqdim olundu - FOTOLARБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930