manera.az
manera.az

Atatürk Eynşteynin hansı xahişini yerinə yetirib? - TARİX

Atatürk Eynşteynin hansı xahişini yerinə yetirib? - TARİX
Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu, siyasi və hərbi xadim Mustafa Kamal Atatürkün vəfatından 73 il ötür.

57 illik həyatında bir çox önəmli proseslərə, hadisələrə imza atan siyasəçi yəhudi xalqına da böyük yardım göstərib.

Ötən əsrin 30-cu illərində Almaniyada hakimiyyətdə olan Nasional-Sosialist Partiyası və onun lideri Adolf Hitler ölkədə yaşayan yəhudi mənşəli vətəndaşlara qarşı milli zəmində ayrı-seçkilik etməyə, onların hüquqlarını məhdudlaşdırmağa başladı.

Məhz bu məqamda İsveçrə yəhudilərinin "Yəhudi Sakinlərin Rifahının Qorunması Uğrunda OSE İcmalar İttifaqı" təşkilatı 1933-cü ilin sentyabrında Türkiyəyə yardım məktubu göndərdi.

Məktubda Almaniyada yaşayan, təqiblərə məruz qalan yəhudi mənşəli tanınmış alim və ictimai xadimlərə Türkiyədə sığınacaq verilməsi istənilirdi. Məktubu OSE təşkilatının fəxri prezidenti Albert Eynşteyn yazmışdı.

"Möhtərəm zati-ailələləri, Sizə müraciət edərək Almaniyadan 40 professor və doktorun öz elmi və tibbi fəaliyyətini Türkiyədə davam etdirməsi üçün sizdən xahiş edirəm. Bu gün Almaniyada mövcud olan qanunlar yuxarıda adı çəkilən fəaliyyətləri mümkünsüz edib. Həmin insanların mütləq əksəriyyəti böyük təcrübəyə, biliyə və elmi nailiyyətlərə malikdir. Ölkəmizə gəlib, böyük fayda verə bilərlər. Xahişimizə müsbət cavab verməklə, sizin hökumətiniz yalnız böyük humanizm aktı göstərməyəcək, həm də öz ölkənizə böyük fayda vermiş olacaqsınız" , - deyə Eynşteyn məktubda yazırdı.
Məktub Türkiyənin o zamankı baş naziri İsmət İnönünün adına yazılmışdı.

Yəhudi alimlərə icazə müəyyən prosedurlardan sonra prezident Mustafa Kamal Atatürk tərəfindən şəxsən verilmişdi. Eynşteynin söz verdiyi kimi, Almaniyadan gələn yəhudi alimlər qaçqın kimi gəldikləri Türkiyədə ölkənin təhsil sisteminin modernləşdirilməsinə, sosial və elm sahəsinə böyük töhfə verdilər.

İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra onların əksəriyyəti ABŞ və digər Qərb ölkələrinə köçdü.

Amerikalı professor Arnold Reyzmxnln fikrincə, Atatürkün jesti həmin 40 alimi labüd ölümdən xilas edib, həmçinin, Türkiyənin inkişafı üçün də faydalı addım olub.

Eynşteynin həmin məktubu hazırda Brüsseldə yerləşən Avropa Yəhudi Kitabxanasında saxlanılır. /Modern.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930