manera.az
manera.az

Gənc alim və tədqiqatçıların 6-cı qrant müsabiqəsi elan olunub

📅 14.07.2021 12:30

Gənc alim və tədqiqatçıların 6-cı qrant müsabiqəsi elan olunub
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2021-ci ildə Gənc alim və tədqiqatçıların 6-cı qrant müsabiqəsini elan edib.

Müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu 12 iyul 2021-ci il tarixdən etibarən, elektron qaydada “e-QRANT” - “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” rəsmi internet səhifəsində (http://e-grant.sdf.gov.az/) 30 avqust 2021-ci il saat 17:00-dək həyata keçiriləcək. Bu sistem elektron-hökumət prinsipləri əsasında qurulub və “ASAN imza”dan istifadəni də nəzərdə tutur. “ASAN imza”nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulmuş bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və “virtual şəxsi kabinet”lərini formalaşdırmalıdırlar.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat fondun internet səhifəsində (http://sdf.gov.az/az) dərc olunacaq. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.

http://sdf.gov.az


Baxış sayı - 569 | Yüklənmə tarixi: 14.07.2021 12:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031