manera.az
manera.az

"Ədəbi körpü" jurnalının 33-cü sayında azərbaycanlı yazıçı, şairlər yer alıb

📅 05.07.2021 01:55

"Ədəbi körpü" jurnalının 33-cü sayında azərbaycanlı yazıçı, şairlər yer alıb
Güney Azərbaycanında o taylı, bu taylı yaradıcı insanların ədəbi nümunələrini bir araya gətirən "Ədəbi körpü" jurnalının 33-cü sayı çapdan çıxıb.

Manera.az xəbər verir ki, ədəbi jurnalın bu sayında azərbaycanlı yazıçı, şairlər də geniş yer alıb.

Belə ki, müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən İbrahim İlyaslı, Elşən Əzim, Əlövsət Saldaş, Qılman İmanın şeirləri, Təranə Vahidin "Mən toz dənəsiyəm" hekayəsi, çağdaş özbək ədəbiyyatından Xasiyyət Rüstəmin şeiri jurnalın bu sayında həm azərbaycan, həm də farsca çap olunub. 33-cü sayın üz qabığında tanınmış şair Elşən Əzim əks olunub.

"Ədəbi körpü" jurnalının təsisçisi və baş redaktoru şair-publisist Səxavət İzzətidir.

"Ədəbi körpü" jurnalının 33-cü sayında azərbaycanlı yazıçı, şairlər yer alıb

"Ədəbi körpü" jurnalının 33-cü sayında azərbaycanlı yazıçı, şairlər yer alıb


Baxış sayı - 854 | Yüklənmə tarixi: 05.07.2021 01:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031