manera.az
manera.az

Zəfər Gününə həsr olunan hekayə müsabiqəsinə start verildi

Zəfər Gününə həsr olunan hekayə müsabiqəsinə start verildi
F.Köçərli adına Respublika Uşaq Kitabxanası yeniyetmələrdə vətənpərvərlik tərbiyəsi və təbliği istiqamətində fəaliyyətini davam etdirərək 8 noyabr - Zəfər Gününə həsr olunmuş “Rəşadətlə yaşayanlar - ölümü fəth edənlər” adlı ümumrespublika hekayə müsabiqəsi keçirir.

Manera.az xəbər verir ki, müsabiqənin təşkilində əsas məqsəd xalqımızda hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə gələcək nəsillər üçün yeni bədii mətnlərin yaradılması, yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından müasir ədəbi əsərlərin yazılmasına stimul verməkdir.

Hekayə müsabiqəsi iyunun 16-dan sentyabrın 15-dək keçiriləcək. Müsabiqənin şərtlərinə əsasən yazılmış hekayədə fikirlər aydın və səlis ifadə edilməli, tarixi faktlar dəqiq qeyd olunmalıdır.

Hekayələrdə əks olunacaq rəsmlər iştirakçıların özləri və yaxud dostları tərəfindən çəkilməlidir. Hekayənin həcmi 4 səhifədən çox olmamalıdır.

İştirakçılar hekayə ilə yanaşı, özləri haqqında məlumatı (ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, bölmə, sinif, telefon nömrəsi, e-mail və s.) təqdim etməlidirlər.

Müsabiqədə iştirak etmək istəyənlər 2021-ci il sentyabrın 16-dək hekayələri kitabxananın elektron poçtuna göndərməlidirlər.

Hekayə müsabiqəsi 2021-ci il noyabrın 3-də yekunlaşacaq.

Müsabiqənin yekununda təqdim olunan hekayələr arasından 20 ən yaxşısı seçilərək kitab halında nəşr olunacaq.

Zəfər Gününə həsr olunan hekayə müsabiqəsinə start verildi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31