manera.az
manera.az

Lisey və gimnaziyalara qəbul qaydaları dəyişib

📅 29.05.2021 15:50

Lisey və gimnaziyalara qəbul qaydaları dəyişib
"Bu il lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib”.

Manera.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev deyib.

Sektor müdiri qeyd edib ki, şagirdlər lisey üçün yox, imtahan üçün qeydiyyatdan keçəcəklər:

“İmtahanda müvafiq bala uyğun olaraq lisey və gimnaziya seçə biləcəklər. Bu zaman şagird bir yox, bir neçə lisey və gimnaziya seçə biləcək. Onun balı hansı lisey və gimnaziyaya müvafiq olacaqsa, ora yerləşdiriləcək”.

F.Qarayev əlavə edib ki, fənlər üzrə suallar tədris müddətində keçirilən proqramdan kənar olmayacaq: “Qəbul imtahanı 6, 7, 8 və 9-cu siniflər üzrə aparılacaq.

Lisey və gimnaziyalar üçün minimum bal müəyyən ediləcək. Bu məsələ yenidən müzakirə ediləcək. Maksimum bal məsələsinə gəlincə, ilk yaxşı nəticə göstərən 90 şagird əsas götürüləcək. Amma yenə də maksimum bal müəyyən etmək çətindir”.


Baxış sayı - 770 | Yüklənmə tarixi: 29.05.2021 15:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031