manera.az
manera.az

Ramazan ayı başlayır

📅 09.04.2021 12:05

Ramazan ayı başlayır
Bu il ölkə ərazisində Ramazan ayının 1-i miladi təqvimlə aprelin 14-nə təsadüf edəcək.

Manera.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.

Belə ki, 9 apreldə QMİ-nin Ramazan ayı ilə bağlı verdiyi fətvaya görə, Ramazan ayının ilk günün aprelin 14-dən başlanması təsdiqlənib.

Ramazan bayramı isə Şəvval ayının 1-i-Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 13-nə təsadüf edəcəkdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, mayın 13-14-ü Ramazan bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləridir.

Məlumat üçün bildirək ki, Ramazan ayında insanlar oruc tutmalı, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutmalıdırlar. Xəstə olan, habelə zəifləyərək xəstəliyə düçar olma ehtimalı olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, sağlam halda gələn Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilərlər.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Allah oruc və namazlarınızı qəbul etsin. Amin!


Baxış sayı - 613 | Yüklənmə tarixi: 09.04.2021 12:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031