manera.az
manera.az

“Qudsal dönüş”ə başlıca iradım... | MANERA.AZ

 “Qudsal dönüş”ə başlıca iradım... | MANERA.AZ


Şəhla Aslanın “Qudsal dönüş” povesti axıcı təhkiyəsi, əyalət-paytaxt tematikasına müraciət baxımından fərqlənir. Kənd müəlliminin şəhərdə həyat qurmaq arzusunun realiziyasına həsr edilən povest üslubi baxımdan İsi Məlikzadənin povestlərini xatırladır.

Gerçəkliyin boyasız və təntənəsiz təsviri, obrazların daxili aləminin dəqiq çəkilmiş təsvirləri, yaddaqalan xarakterlər yaratmaq cəhdi bu povestin məziyyətləridir. Şəhla bütün kartları açmaq əzmindədir, yəni oxucuya düşünmək üçün heç bir yer qoymur, xarakterlərin hadisələrin gedişatından bəlkə də qaranlıq qalan təsvirləri təhkiyənin hesabına tamamlanır, bu mənada sirr sona qədər faş olunur. Lakin təhkiyənin dominantlığı heç də mətnə təsirsiz ötüşmür, misal üçün qəhrəmanın şəhərdə rast gəldiyi müğənni qadın heç nədən qaralanır, oxucu onun nəyə görə bu qədər neqativ tip olduğunu qavraya bilmir.

Eyni yanaşmanı Şahinin faciəsi göstərilərkən də müşahidə olunur, biz bu faciəni situasiyadan yox təhkiyədən hiss edirik. Bu əslində ümumən milli prozamızın bəlasıdır, insanı situasiyada “axmaq” göstərmək əvəzinə müəllif qısaca onu “axmaq” adlandıraraq yazmağa davam edir. Bu neqativ cəhət yalnız bir neçə situasiya ilə məhdudlaşır, baş qəhrəmanın hadisələrə münasibəti, daxili dünyası isə situasiyalar və qismən də onun daxili monoloqları ilə çıxır.

Mənim bu povestə başlıca iradım onun ideyası ilə bağlıdır, sonda İranda gəlmiş bir qoca din adamı qəhrəmanı xilas edir, o kəndə qoyun saxlamağa gedir. Burda kəndlə şəhər arasındakı ziddiyyət birmənalı şəkildə kəndin xeyrinə həll olunur və bu həll yolunu biz bir neçə qəhrəmanın dilindən eşidirik. Lakin problemin bu qədər russoistcəsinə (ya da ilkin əkrəməylislicəsinə) həlli müasirlik baxımından qəbuledilməzdir, çünki biz faktiki olaraq kəndin də şəhərləşdiyi, onun ənənəvi idilliyadan, ideallıqdan uzaqlaşdığı, başqa cür desək kənddə də müqəddəslik qalmadığı bir dövrdə yaşayırıq. Yazıçının mövzuya bu cür yanaşması 60-cı illər nəsli üçün xarakterik sayılsa belə bu gün üçün qətiyyən xarakterik və aktual sayıla bilməz.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031