manera.az
manera.az

Lənkəran teatrı soyqırımın ildönümünə kompozisiya hazırlayıb

📅 26.02.2021 12:53

Lənkəran teatrı soyqırımın ildönümünə kompozisiya hazırlayıb
Fevralın 26-da Lənkəran Dövlət Dram Teatrının truppası Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş audio-video kompozisiyanın təqdimatını keçirib.

Teatrın ədəbi-dram hissəsinin rəhbəri Ağaddin Babayevin Manera.az-a verdiyi məlumata görə, audio-video kompozisiya teatrın rəsmi facebook səhifəsində, eləcə də səsgücləndirici qurğular vasitəsilə Lənkəran şəhərinin mərkəzi ərazilərində yayımlanıb.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri və rus hərbi birləşmələrinin Xocalı şəhərinə hücumu zamanı amansızlıqla öldürülən, doğma yurd-yuvalarından didərgin düşən günahsız insanların faciəli taleyi, onların vətənpərvərlik hisləri, psixoloji və mənəvi durumu təsirli səhnələrlə audio-video kompozisiyada əks etdirilib.

Mətni teatrın aparıcı aktyorlarından Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, Qızılgül Quliyeva və Allahverən Babayev səsləndiriblər.

Kompozisiyanın musiqi tərtibatçısı Fərahim Fərəcov, montajçı Təvəkkül Həsənovdur.


Baxış sayı - 676 | Yüklənmə tarixi: 26.02.2021 12:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031