manera.az
manera.az

Türkiyənin önəmli jurnalı xüsusi buraxılışını II Qarabağa müharibəsinə həsr edib

📅 06.02.2021 18:19

Türkiyənin önəmli jurnalı xüsusi buraxılışını II Qarabağa müharibəsinə həsr edib
“Bizim üçün "yerli" bu torpağa, bu ənənəyə və sivilizasiyaya mənsub olmaq, kök salmaq və bütün tarixi və mədəni qazanımlarımızı əhatə etmək deməkdir. Bu coğrafiyanın, bu iqlimin nəfəsini almaqdır” - Bu sözləri əsas götürərək milli və mənəvi dəyərlərə söykənən bir anlayışla Türkiyədə nəşrə başlayan “Yerli düşünce” jurnalı fəaliyyətinin yeddinci ilində xüsusi buraxılış sayını Azərbaycana – II Qarabağ müharibəsinə həsr edib.

Hər ay müxtəlif sahələrdə aid mütəxəssis yazıları, reportajlar, aktual mövzularda zəngin məzmunlu məqalələrlə çıxış edən “Yerli Düşünce” jurnalı Yanvar, 2021 buraxılışında Ermənistanın hücumları ilə başlayıb, Azərbaycanın qələbəsi ilə sona çatan II Qarabağ müharibəsini əhatə edən geniş səpkili meteriallar dərc edib.

Jurnalda Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahimin geniş müsahibəsi ilə yanaşı, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçunun, Türkiyənin Bakıdakı səfiri Erkan Özoralın, general-mayor Yücel Karauzun, Milli Məclisin deputatı Sona Əliyevanın, professor Ertuğrul Yamanın, Kamal Öztürkün, Servet Avşarın, Fatma Sönmezin, yazıçı Metin Sakınçın və yazıçı-jurnalist Şəhla Aslanın məqalələri yer alıb.

Qeyd edək ki, jurnalın fəxri prezidenti Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, baş redaktoru Türkiyə Böyük Millət Məclisinin üzvü Metin Gündoğdu, redaktoru Koray Tümay, məsul katib Narın Nurdur.

Manera.az


Baxış sayı - 454 | Yüklənmə tarixi: 06.02.2021 18:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031