manera.az
manera.az

Ölkəmizdə benzin və dizel bahalaşdı - Rəsmi

📅 05.01.2021 08:46

Ölkəmizdə benzin və dizel bahalaşdı - Rəsmi
Yanvarın 5-dən etibarən Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiyməti artırılır.

Manera.az xəbər verir ki, bununla bağlı Tarif (qiymət) Şurası qərar verib. Tarif Şurasının məlumatına görə, şuranın yanvarın 4-də keçirilən növbəti iclasında Dövlət Neft Şirkətinin (SOCAR) şuraya müraciəti müzakirə edilib.

Şirkət ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib.

Təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib.

SOCAR-ın müraciətində bildirilib ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.

İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Bildirilir ki, dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2 dekabr 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 14 iyul 2017-ci ildə aparılıb.

Məlumatda bildirilir ki, dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq.


Baxış sayı - 512 | Yüklənmə tarixi: 05.01.2021 08:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031