manera.az
manera.az

Bərdə terroruna aid şəkil "ilin fotosu" seçildi - Fotolar

📅 19.12.2020 12:12

Bərdə terroruna aid şəkil "ilin fotosu" seçildi - Fotolar
ABŞ-da çıxan “Time” jurnalı 2020-ci il üzrə ilin 100 fotosunu dərc edib.

Manera.az xəbər verir ki, ilin fotolarından biri də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonunda dinc sakinlərə açdığı atəş nəticəsində şəhid olan Fuad İsmayılovun və bacısının yer aldığı şəkildir.

Fotoda bacı şəhid olan qardaşının əlini öpür. Fotonun müəllifi Ayvor Prikettindir.

Qeyd edək ki, Karlotta Qall Ermənistan ordusunun Azərbaycanın dinc sakinlərini atəşə tutması nəticəsində zərərçəkənlərlə bağlı hadisə yerindən hazırladığı reportaj və Ayvor Prikettin çəkdiyi fotolar “The New York Times”da dərc olunub.

Ermənistan Azərbaycanın Bərdə rayonunda mülki şəxslərin sıx məskunlaşdığı və hərəkətdə olduğu əraziləri 2020-ci il oktyabrın 27 və 28-i tarixlərində qadağan olunmuş silahlardan istifadə etməklə raket atəşinə tutub. Nəticədə iki gün ərzində ümumilikdə 25 mülki şəxs həyatını itirib, 80-dən artıq şəxs yaralanıb. Bərdəyə ardıcıl hücumlar, xüsusən oktyabrın 28-də Bərdə şəhərinin ticarət obyektlərinin yerləşdiyi mərkəzi hissəsinin hədəfə alınması səbəbindən çoxsaylı mülki obyektlər də dağıntılara məruz qalıb.

Bərdə terroruna aid şəkil "ilin fotosu" seçildi - Fotolar
Bərdə terroruna aid şəkil "ilin fotosu" seçildi - Fotolar
Bərdə terroruna aid şəkil "ilin fotosu" seçildi - Fotolar
Bərdə terroruna aid şəkil "ilin fotosu" seçildi - Fotolar


Baxış sayı - 1 001 | Yüklənmə tarixi: 19.12.2020 12:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031