manera.az
manera.az

Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıb

📅 25.09.2020 12:11

Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümü virtual olaraq açıq elan edib.

Manera.az xəbər verir ki, sentyabrın 26 və 27-si Teatr özünün "Facebook" səhifəsində 93-cü mövsümə başlayacaq.

Belə ki A. Şaiqin “Tıq-tıq xanım”, H.Cavidin “Şeyx Sənan”, Azərbaycan xalq nağılı “Göyçək Fatma” və L.Nurenin “Mən gəldim qızlar…(Müharibə)” əsərləri əsasında quruluş verilmiş eyniadlı tamaşalar teatrsevərlərə təqdim olunacaq.

Mətbuat xidmətindən verilən məlumata görə Operativ qərargahın teatrlar haqqında qərarına qədər tamaşalar onlayn şəkildə təqdim olunacaq. Daha sonra teatrlarla bağlı qoyulacaq qaydalar çərçivəsində səhnə əsərləri ənənəvi qaydada tamaşaçılar üçün nümayiş etdiriləcək.

Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrında İsmayıl İmanın «Balaca yaramaz məxluq» və R.Kiplinqin «Mauqli» əsərləri əsasında tamaşaların onlayn məşqi keçirilir.

Teatrların iş rejiminin bərpasından sonra bu yeni tamaşaların premyerası nəzərdə tutulur.

Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıb


Baxış sayı - 1 271 | Yüklənmə tarixi: 25.09.2020 12:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930