manera.az
manera.az

Sumqayıt Teatrında Ülviyyə Heydərovanın növbəti əsəri

📅 15.01.2020 10:06

Sumqayıt Teatrında Ülviyyə Heydərovanın növbəti əsəri


Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti yazıçı-dramaturq Ülviyyə Heydərovanın növbəti əsərinə müraciət ediblər.

Belə ki, teatr səhnəsində Ülviyyə Heydərovanın “Uşaqlıq” pyesi əsasında yeni mono-tamaşa hazırlanır.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmov,səhnə əsərinin tərtibatı rəssam Elşən Sərxanoğluya,musiqi tərtibatı isə Telman Qəniyevə məxsusdur.

Tamaşada teatrın gənc aktrisası İlahə Səfərova çıxış edəcək.

Yeni tamaşanın premyerası 2020-ci ilin fevralında təhvil veriləcəyi nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, 2019-cu ildə Ülviyyə Heydərovanın “Uşaqlıq” monopyesi Moskvada keçirilən “XXI əsr- ilk hadisə” Müstəqil Beynəlxalq Müasir Dramaturgiya Müsabiqəsinin “Tənha artist” nominasiyanın uzun siyahısına daxil edilib. 2018-ci ildə isə Almanıyanın Postdam şəhərində Höte İnstitutu tərəfindən keçirilən “Next Stage Europe -2018” gənc dramaturqların festivalında ölkəmizi təmsil edib. Əsər bu yaxınlarda festivalın yekunlarına dair dərc olunan almandilli topluda yer alıb.

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 908 | Yüklənmə tarixi: 15.01.2020 10:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031