manera.az
manera.az

Ukraynada milli-mənəvi dəyərlərimiz təbliğ olunub

📅 24.08.2020 10:15

Ukraynada milli-mənəvi dəyərlərimiz təbliğ olunub
Dnepr şəhərinin mərkəzi meydanında Dövlət Bayrağı Günü və Müstəqillik bayramı ilə bağlı tədbir keçirilib.

Manera.az xəbər verir ki, Ukraynada yaşayan digər millətlərin iştirakı ilə keçirilən tədbirdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbərliyi və soydaşlarımız da iştirak edib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bayram konsertindən öncə çıxış edərək Azərbaycan və Ukrayna arasında tarixi dostluq münasibətlərindən danışıb. O bildirib ki, Azərbaycan və Ukrayna hər zaman bir-birinin yanında olub, xalqlar arasında mehriban münasibətlər mövcuddur. Bu gün də bu ənənə uğurla davam etdirilir.

Sonra bayram konsertində “Qafqaz” xalq ansamblının iştirakı ilə “Yallı”, “Nəlbəki”, “Naz eləmə”, “Ağ çiçək”, “Sarı gəlin” və digər rəqslər ifa edilib.

Bundan başqa Dneprdə fəaliyyət göstərən “Leyla” uşaq ansamblının da rəqs nömrələri iştirakçıların alqışına səbəb olub.

Tədbir çərçivəsində Azərbaycanın milli dəyərlərini təbliğ edən sərgi də təşkil edilib.

Ukraynada milli-mənəvi dəyərlərimiz təbliğ olunub
Ukraynada milli-mənəvi dəyərlərimiz təbliğ olunub


Baxış sayı - 1 062 | Yüklənmə tarixi: 24.08.2020 10:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031